Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Gündəm / “İntihardır, qəsddir bilmirəm” – Dəyanət Rzayevin anası

“İntihardır, qəsddir bilmirəm” – Dəyanət Rzayevin anası

Xəbər verdiyimiz kimi, tanınmış psixoloq Dəyanət Rzayev bir müddət öncə özünü yaşadığı evdə kəmərlə asaraq, intihar edib.

“ Azinforum.az ” xəbər verir ki, psixoloqun cəsədini onun yaşadığı evdə anası Şərqiyyə Rzayeva aşkarlayıb. O, Modern.az-a açıqlamasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığını bildirib:

“Bizə heç bir məlumat verilmir. Bildirirlər ki, araşdırmalar davam edir”.

Şərqiyyə Rzayeva araşdırma nəticələrinin nə vaxt açıqlanacağı barədə də məlumatsız olduğunu deyib: “Heç nə deyilmir. İntihardır, qəsddir bilmirəm”.

Xatırladaq ki, D.Rzayev intihardan öncə məktub yazıb. O, məktubunda intiharında heç kimin günahı olmadığını, bunun “özünün şəxsi qərarı olduğunu” qeyd edib.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın