Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Gündəm / İntihar edən gənc şairin meyiti hələ də tapılmayıb – Doğmalarından açıqlama

İntihar edən gənc şairin meyiti hələ də tapılmayıb – Doğmalarından açıqlama

Ötən gün Bakıdakı Dənizkənarı Milli  Parkda özünü dənizə ataraq intihar edən  Lerik rayon sakini, 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlunun meyiti hələ də dənizdən çıxarılmayıb. Bu barədə məlumatı Azinforum.az saytına mərhumun əmioğlusu Rəsul Cahangirov verib. Onun sözlərinə görə, bəzi KİV-lərdə meyitin tapılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb: “Hazırda mən dənizkənarı bulvardayam. Təəssüflər olsun ki, ötən gecə bizim tələblərimizə baxmayaraq heç bir axtarış aparılmadı. Hazırda hadisənin baş verdiyi ərazidə axtarışlar aparılır. Bizi medianın belə yalan məlumat yayması təəccübləndiri. Əksinə, bu cür çətin vəziyyətdə media həqiqəti yaymalıdır ki, dövlət qurumları da məsuliyyətli davransınlar”.

İntihar edən gənc şairin doğmasının sözlərinə görə,  əmioğlusu özünü bulvarın “Yaxt klub” olan ərazisində dənizə atıb.

Çinarə SEYİDOVA

Azinforum.az

 

Həmçinin oxuyun

Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik – necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm – bu, …