Şənbə , Dekabr 10 2022
Ana səhifə / Gündəm / İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində QHT Koalisiyasının nümayəndələri ilə görüş olub

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində QHT Koalisiyasının nümayəndələri ilə görüş olub

İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının nümayəndələri ilə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində görüş keçirilib. 
Görüşdə Baş İdarənin şöbə rəisi Araz Babayev və baş əməliyyat müvəkkili Vamiq Naməndzadə, İnsan alverinə qarşı mübarizə üzrə QHT-lərin Koalisiyasının rəhbəri Mahirə Əmirhüseynova və Koalisiyaya üzv olan 13 QHT nümayəndəsi iştirak ediblər.

Görüşdə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq yarımbəndlərinin birgə icra vəziyyəti və QHT-lər tərəfindən insan alverinə qarşı mübarizə sahəsində ABŞ təcrübəsinin öyrənilməsinə daha çox diqqət yetirilib.
Tədbirdə A.Babayev insan alverinə qarşı aparılan mübarizə, qanunvericilik və beynəlxalq əməkdaşlıq haqqında məlumat verib.

Sonra Vamiq Naməndzadə çıxış edərək, QHT-lər tərəfindən insan alverinə qarşı mübarizə sahəsində ABŞ təcrübəsi barədə danışıb, verilən sualları ətraflı cavablandırıb.
Daha sonra Koalisiyanın rəhbəri Mahirə Əmirhüseynova məcburi əmək riskləri barədə maarifləndirmə işinin gücləndirilməsi, müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların və digər tərəfdaşların resurslarından birgə istifadənin həyata keçirilməsi işinin davam etdirilməsi istiqamətində görülmüş tədbirlər barədə məlumat verib.

Həmçinin oxuyun

Naxçıvanda nə baş verir? – Dəhşətli faktlar, milyonlarla yeyinti

Milyonlarla qaçaqmalçılıq və büdcə yeyintisi…Bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük …