Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / “İltimas Məmmədov 5-6 milyon civarında büdcə pulunu mənimsəyib” -İDDİA

“İltimas Məmmədov 5-6 milyon civarında büdcə pulunu mənimsəyib” -İDDİA

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan keçmiş yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə nazir müavini İltimas Məmmədovun da adı qırmızı xəttlə keçir. Amma o “Rabitə çetesi”nin digər üzvləri kimi Bakı İstintaq Təcridxanasındakı kameralarda deyil, hələ də öz kabinetindədir.
Nazirlikdəki “təməzlimə” prosesində İltimas Məmmədovun başı üzərində qara buludlar dolaşsa da, o, özünü qoruya bilib. Nazir müavini postunu itirməyən İltimas Məmmədovu istintaqa çağırıb dindiriblər. İddiaya görə, o, nə bilirsə, eşidibsə, hamısını istintaqçılara deyib.  İstintaq materiallarına əsasən, İltimas Məmmədov, nazirlikdə hökm sürən korrupsiya və mənimsəmə əməliyyatlarından xəbərdar olduğunu təsdiqləyib. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) keçmiş direktoru Beytulla Hüseynov istintaqa ifadəsində nazirliyin stukturlarından korrupsiya və xərclərin şişirdilməsi yolu ilə “obşıy katyol”a toplanan pullardan nazir müavini İltimas Məmmədovun özünə villa tikmək üçün bir dəfəyə 1,5 milyon manat götürdüyünü bildirib. İltimas Məmmədov isə mətbuata açıqlamasında “bu barədə danışmaq istəmədiyini” deyib.
Hazırda nazirin birinci müavini olan İltimas Əhməd oğlu Məmmədov istintaqa ifadəsində göstərib ki, 23 dekabr 2005-ci il tarixdən Azərbaycan Respublikası Rabitə və yüksək texnologiyalar nazirinin müavini, 22.06.2014-cü il tarixdən hazırkı vaxta kimi isə nazirin birinci müavini vəzifəsində işləyir.
O, 2000-ci ildə Rabitə Nazirliyinin Telekommunikasiya şöbəsinin rəis müavini, 2001-ci ildə rabitə nazirinin texniki məsələlər üzrə müşaviri, 2005-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri, 2005-ci il 22 dekabr tarixindən isə Rabitə və İnformasıya Texnologiyalari nazirinin (İndi bu qurum Rabitə və Yüksək Texnologiylar Nazirliyi adlanır) müavini təyin olunub. Əli Abbasovun vəzifədən çıxarılmasından sonra bir müddət nazir əvəzi işləyib. Hətta onun nazir təyin edilə biləcəyi də deyilirdi. Lakin ötən ilin noyabr ayının 25-də prezidentin sərəncamı ilə İltimas Məmmədov nazirin birinci müavini vəzifəsindən azad edildi. İltimas Məmmədov təyinat aldı.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, Emin Məmmədov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəymiş ziyana görə təqsirləndirilən şəxslərə qarşı 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Bu məbləğdən nə qədəri İltimas Məmmədova çatıb sualı açıq olaraq qalır.
Amma redaksiyamıza daxil olan xəbərlərdə bildirilir ki, nazir müavini “paket” şəklində ayda 30 min manat alıb. “Onun bir dəfəyə ümumi “katyol”dan 1 milyon 500 min manat götürübsə,  İltimas Məmmədovun vəzifədə olduğu illər ərzində azı  5-6 milyon manat civarında büdcə pulunu mənimsədiyi göz önündədir” – deyə qaynaq iddia edir…
Bu pulların İ.Məmmədovdan alınıb-alınmadığı isə bilinmir. Bilinən İ.Məmmədovun büdcə pullarına uzanan əlinin cinayət başında tutulmasıdır. Həmin ələ qandal niyə vurulmur sualı da açıqdır. Amma nə vaxta kimi?(musavat.com)

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın