Şənbə , May 21 2022
Ana səhifə / Gündəm / İlqar Abbasov Penitensiar Xidmətə rəis gətirilir?

İlqar Abbasov Penitensiar Xidmətə rəis gətirilir?

“Bildiyiniz kimi, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə İlqar Abbasov Bakı Şəhər prokuroru vəzifəsindən azad edildi. İndicə əldə etdiyim məlumata görə, İlqar Abbasov Penitensiar Xidmətin rəisi vəzifəsinə gətiriləcək”.

Azinforum.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Samir Feyruzov məlumat yayıb. 

“2016-cı ildən Penitensiar Xidmətin rəisi vəzifəsində işləyən ədliyyə general-leytenantı Ceyhun Həsənov isə tutduğu vəzifədən azad ediləcək.

İ.Abbasovun Penitensiar Xidmətin rəisi vəzifəsinə təyinatı ölkənin oliqarx-məmurlarından birinin ciddi dəstəyi ilə həyata keçirilir. Onun Bakı şəhər prokuroru vəzifəsinə təyinatının gerçəkləşməsində də həmin məmurun müstəsna rolu olmuşdu. 

Qeyd edim ki, İ.Abbasov 2017-ci il aprel ayının 26-da keçmiş Baş prokuror Zakir Qaralovun əmri ilə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Bakı şəhər prokuroru vəzifəsinə təyin edilmişdi. 

Xüsusi qeyd: İ.Abbasova 2014-cü ildə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi (ədliyyə general-mayoru) verilib”, deyə  Samir Feyruzov qeyd edib.

Həmçinin oxuyun

Adil Vəliyevin Ramana qəsəbəsi üzrə nümayədəsi Arif Osmanovun qanunsuz tikinti biznesi…

Sabunçu rayonu ilə bağlı konkret mövzuya keçməzdən öncə onu qeyd edək ki, Bakı şəhərində  qanunsuz …