Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Gündəm / İDMANÇILARDAN PREZİDENTƏ ŞİKAYƏT OLUNDU – “Bizə hədə-qorxu gəlirlər” + VİDEO

İDMANÇILARDAN PREZİDENTƏ ŞİKAYƏT OLUNDU – “Bizə hədə-qorxu gəlirlər” + VİDEO

Redaksiyaya Yasamal rayonu, B.Bağırova küçəsi 592 ünvanda, keçmiş idmançı Vüqar Namazova məxsus olan “ VİTR FİTNESS” idman klubu yerləşən “Emerald Palace — Altes Group”yaşayış binasının sakinləri tərəfindən imzalanmış məktub daxil olub.
Prezident İlham Əliyevə ünvanlanmış açıq məktubu binanın 39 sakini imzalayıb.Sakinlərin müraciəti də elə Prezident İlham Əliyevin “Toxunulmaz adam yoxdur! Hər kəs cəzalandırılacaq” sözləri ilə başlayır. Məktubda daha sonra bildirilir: ”

 

Möhtərəm Cənab Prezident!

2015-10-29Məktubumuzu Ümummilli Lider Heydər Əliyevin çıxışlarının birində dövlət qarşısında hər hansı xidməti olan insanlara ünvanladığı sözlərlə başlayırıq:“Qanunun aliliyi təmin edilməlidir, heç kəs dövlət
qarşısında xüsusi xidmətlərinə görə qanunu poza bilməz, özünü qanundan üstün saya bilməz, özü üçün güzəştlər müəyyən edə bilməz”.
Bildirmək istəyirik ki, biz B.Bağırov küç. 592 ünvanında yerləşən binanın sakinləri, olduğumuz binada “VlTR Fitnes” klubunun əlindən rahat yaşayışımızı itirmişik. Sahibi Vergilər Nazirliyinin əməkdaşı Vüqar Namazov adlı şəxs olan “VİTR Fitnes1″ klubu yüzlərlə sakinin yaşadığı çoxmənzilli binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsində təşkil olunduğuna görə klubda quraşdırılmış avadanlıqların, ventilyasiya sisteminin səsindən nə istirahət edə, nədə ki, yata bilirik.

Hələ bu azmış kimi heç kəslə razılaşdırmadan, güclü səs-küy yaradan işiq generatorunu da klub üçün quraşdırıb. Bina üçün nəzərdə tutulmuş elektrik eneıjisini bu klub istədiyi şəkildə istifadə edir, nəticədə elektrik xətlərinin həddindən artıq yüklənməsi naqillərdə yanğınlara səbəb olmuş və nəticədə mənzillərimiz işıqsız qalmışdır.
55-236x300Klubun rəhbərliyini nizam-intizama, birgə yaşayış qaydalarına, texniki təhlükəsizlik qaydalarına riayət etməyə çağırdıqda, dəymiş zərərin aradan qaldırılmasını tələb etdikdə isə Vüqar Namazovun və idmançılarının kobudluğu, təhqirləri ilə qarşılaşırıq. O, özünün rahat hərəkət etməsi üçün idmançılardan ibarət qoçu dəstəsi yaratmışdır. Onlardan qorxduğumuz üçün haqqımızı tələb edə, özbaşınalığın aradan qaldırılmasına nail ola bilmirik. Hətta ona aidiyyatı qurumlara bu məsələ ilə bağlı şikayət edəcəyimizi bildirdikdə ona heç kimin heç nə edə bilməyəcəyini bildirir və Cənab Prezident Sizinlə olan şəkillərini göstərərək bizə hədə-qorxu gəlir.
Kluba gələn çox sayda müştərilərin avtomobillərinin səs-küyü bizim rahatlığımızı pozur, necə gəldi park edilmiş avtomobillər binaya girişləri əngəlləyir, bizim binadan rahatlıqla istifadə etməyimizə ciddi şəkildə mane olur.
Həmin avtomobillər binanın ikinci mərtəbəsində altı boş sahə (mağaza) olan yerdə park edilir və bu həm binanın təhlükəsizliyi, həm də mağazaya daxil olan sakinlərin təhlükəsizliyi üciin böyük təhdid təşkil edir.
İdmançı cüssəli şəxslərin idman etmək bəhanəsilə ətrafdakılara, o cümlədən qadınlara, uşaqlara məhəl qoymadan yarıçılpaq şəkildə gəzmələri sakinlərin ləyaqətini alçaldır, onların heysiyyatına, mənliyinə toxunur. Etirazlarımız isə təhqirlərlə, hərbə-zorba ilə qarşılanır.

Möhtərəm Cənab Prezident!
62-1024x500Onu da nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşı olan və zabit rütbəsi daşıyan Vüqar Namazovun fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ və müvafiq VÖEN-i olmadığından, sözügedən obyektdə “VİTR Fitnes” klubunu işlətməsi qanunsuzluqdur.
Biz başa düşə bilmirik o, Vergilər Nazirliyinin əməkdaşı olduğu halda, necə olur ki, bütün günü klubda olur ve ona rəhbərlik edir.
Həmin obyektdə heç kassa aparatı da quraşdırılmamış, klubda idmançılar üçün mənşəyi və mənbəyi bəlli olmayan müxtəlif dərman preparatları qanunsuz satılır.
Vüqar Namazovun özünün kütləvi informasiya vasitələrində qeyd etdiyi kimi 800 nəfər müştərisi, aylıq abunə haqqı 80 manat, aylıq dövriyyəsi isə 64.000 manat olan “VİTR Fitnes” klubun maliyyə faliyyəti və vergi öhdəliklərini nə cür yerinə yetirməsi də ciddi suallar doğurur.

Möhtərəm Cənab Prezident!
Dəyərli vaxtınızı belə məsələ ilə əlaqədar aldığımıza görə Sizdən dönə-dönə üzr istəyirik. Lakin, artıq təngə gəlmişik. Ümidimiz artıq yalnız Sizə qalıb.
Sizdən xahiş edirik ki, Vergi müfəttişi olan Vüqar Namazovun etdiyi özbaşınalıqlara və qanunsuz sahibkarlıq fəaliyyətinə son qoymaq, yaşayış binasının sakinlərini bu əziyyətdən qurtararaq rahatlığını təmin etmək üçün aiddiyyatı orqanlara müvafiq tapşırıqlar verib bizə köməklik göstərəsiniz”.

Qeyd edək ki, məktubun surəti vergilər naziri cənab Fazil Məmmədova, Baş Prokuroru cənab Zakir Qaralova da ünvanlanıb.

Məktuba həmçinin bəzi video süjetlər də əlavə olunub ki,onu da aşağıda veririk.


1er
2er3er4er

Azpolitika.info

Həmçinin oxuyun

Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik – necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm – bu, …

Bir cavab yazın