Çərşənbə , Noyabr 13 2019
Ana səhifə / Gündəm / İCRA BAŞÇISIZ NİZAMİ KİMLƏRƏ SƏRF EDİR? – GİZLİ ANLAŞMA VƏ VƏZİFƏ BÖLGÜSÜ…

İCRA BAŞÇISIZ NİZAMİ KİMLƏRƏ SƏRF EDİR? – GİZLİ ANLAŞMA VƏ VƏZİFƏ BÖLGÜSÜ…

Azinforum.az xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasının deputatlığa irəli sürdüyü namizədlərin siyahısını açıqlamasından sonra, bir çox qaranlıq mətləblərə də aydınlıq gətirildi.  Məsələn, bəlli oldu ki, rektorluğu istəyən millət vəkilləri bundan sonra deputat olmayacaq, deputat olmaq istəyənlər isə rektor kreslosunu təhvil verməlidir. Hər ikisini seçən oldu…

Digər vacib bir məqam isə,  Azərbaycan Dəmir Yolları QSC-nin yeni təyin olunan rəhbəri Cavid Qurbanovla bağlı yaşandı.  Onun adının yenidən deputat siyahısına salınması  həmin şəxsin Ziya Məmmədovun yerinə seçiləcəyi ilə bağlı ümidlərini puça endirdi. Çünki qanunvericilik nazir olmaqla yanaşı, həm də mandat gəzdirməyi qadağan edir. 

Ziddiyyətli məqamlardan biri də ARDNŞ-ın rəhbəri Rövnəq Abdullayevlə bağlı idi. Onun da adının siyahıya salınıb-salınmayacağı şübhəliydi. Belə vəziyyət Rövnəq Abdullayevə aid olan bir sıra layihəlrə də “stop” qoymuşdur. O, və ətrafı gözləmə mövqeyində durmağa üstünlük verirdi. Oxşar məqamlardan biri, özünü Bakının böyük rayonlarından olan Nizamiyə icra başçısının hələ də təyin olunmamasında göstərir. Məlumdur ki,  sabiq başçı Tahir Budaqovun  başqa işə keçirilməsindən sonra, 2 aya yaxındır ki,  Nizami  rayonuna icra başçısı təyin edilməyib.  

pul

Xüsusilə də seçkilərlə bağlı həsas bir məqamda icra başçısı təyinatının gecikdirilməsi olduqca müəmmalı görünür. Qeyd edək ki, ilk dəfə Nizaminin başçısı uğrunda kimlərin arasında qızğın mübarizənin getməsinə Azinforum.az toxunub. Həmin yazıda hakimiyyət dairələrinə yaxın olan çox etibarlı mənbəyə istinadən bildirmişdik ki,  rayona başçı əsasən Rovnəq Abdullayevin təqdimatı əsasında seçilir.  Rövnəq Abdullayev həmin postda yeni yaradılan Pirallahının icra başçısını görmək istəyir. Ancaq onun YAP-ın siyahısı ilə bağlı gözləmə mövqeyi tutması bu təqdimatın üzərində təkidlə dayanmasına mane olub.  

Lakin bu, o demək deyil ki, başqa namizədlər də sakit oturub. Hazırda Nizamiyə icra başçısı seçilmək uğrunda hakimiyyətin daxilindəki qruplar arasında ciddi mübarizə gedir. İndiyə qədərki situasiyalar da onu göstərir ki, Nizami rayonu ilə bağlı  mühüm kadr təyinatlarında əsasən Rövnəq Abdullayevin sözü keçərli olur. Yəqin ki, yaxın günlərdə Nizami rayonuna təyin ediləcək başçının kimliyi buna əyani sübut sayılacaq.

Azinforum.az-ın əldə etdiyi məlumata görə, Nizami rayonu  rəhbərliyində yaranan bu boşluq bəzi işbazların və onları himayə edən məmurların işinə yarayıb. Tahir Budaqovu müvəqqəti əvəz edən Mehdiyev İldırım Fehruz oğlu bu vəziyyətdən maksimum yararlanmaq istəyir. Deyilənə görə, o, öz tabeçiliyində olan adamlara belə bir qeyri – rəsmi göstəriş də verib : “Çalışın bütün işləri yeni başçı təyin edilənə kimi qurtarın”. Aydındır ki, söhbət iri həcmli qanunsuz tikililərdən gedir.  Nizami rayonu ərazisində, xüsusilə də Neftçilər metrosuna yaxın yerlərdə Tahir Budaqovun tikintisinə icazə vermədiyi  obyektlərdə sürətli tikinti işlərinin aparıldığına dair əlimizdə kifayət qədər faktlar var. Çox güman ki, yeni təyin ediləcək icra başçısına həmin tikililər Tahir Budaqovun “yadigarı” kimi təqdim ediləcək. Bizdə olan məlumata görə, artıq Nizami Rayon İcra Hakimiyyətində  İldırım Mehdiyev  indidən qeyri-rəsmi vəzifə bölgüsü də aparılıb.

Bəzilərinə müavinlik, şöbə müdiri, icra nümayəndəsi olacaqlarına dair yağlı vədlər verilib.

 

Qeyd edək ki, Nizami rayonu ərazisində rayonun başçısız olmasından sonra yaranan acı mənzərə “Lotos” ticarət mərkəzinin ətrafını da əhatə edir.  Son günlər ərzində həmin ticarət mərkəzinin  ətrafında, düz yolun ortasında, dəmir rəflərdən ibarət satş yerləri quraşdırılıb. Maraqlıdır ki, həmin küçə ticarəti səbəbindən insanlar avtomobillə öz evlərinə keçib gedə bilmir.  İnsanların narahatçılığı üzərində qurulan həmin biznesdən bazar rəhbərliyi külli miqdarda pul qazanır. Ərazidə xudmət göstərən Çevik Polis Alayının əməkdaşları kimi, İldırım Mehdiyevin yetirmələri də bu  qanunsuzluğa göz yumurlar. Bir sözlə, Nizami rayonu ilə ələ keçən qənimət kimi rəftar olunur.

P.S. Özünü Nizamir rayon İcra Hakimiyyətinin rəhbər işçisi kimi təqdim edən, lakin adının çəkilməsini istəməyən bir şəxs isə redaksiyamıza zəng edərək, bizdən qanunsuz tikililərin aparıldığı konkret ünvanları istədi və bildirdi ki, əksinə, onlar yaranmış vəziyyətlə bağlı daha tələbkar işləyirlər: “Aparat əvvəlki qaydada işləyir, əksinə, məsuliyyətimiz bir az da artıb. Nizami rayonunda heç kimə vəzifə paylanmır. Vəzifəni səlahiyyəti çatan adamlar verir”.

Qanunsuz tikililərin ünvanlarına gəldikdə isə, hesab edirik ki, İcra Hakimiyyətində bunu bizdən də yaxşı bilirlər və yaxşı olar ki, neqativliklərin aradan qaldırılması istiqamətində işlər görülsün.

 

Çinarə SEYİDOVA

Azinforum.az

 

Həmçinin oxuyun

Arif Hacılı saxlanıldı

Müsavat Partiyasının başqanı Arif Hacılı polis tərəfindən saxlanılıb. Unikal.org xəbər verir ki, bu barədə Müsavat Partiyasının …

Bir cavab yazın