Ana səhifə / Gündəm / İcra başçısı şura sədrinin əmlakını əlindən alır – Şok ittihamlar

İcra başçısı şura sədrinin əmlakını əlindən alır – Şok ittihamlar

Tovuzda 1996-cı ildən Tovuzda fəaliyyət göstərən “Arsenal” fermer təsərrüfatının sahibi, Tovuz Sahibkarlar Şurasının sədri İsmayıl Hüseynov rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun təzyiqləri ilə üzləşib.
Bu barədə istiqlal.az-a iş adamının özü məlumat verib.
İş adamının sözlərinə görə, rəhbərlik etdiyi fermer təsərrüfatı ölkənin ən iri təsərrüfatlarından bridir: “Təsərrüfat 2300 hektar ərazini əhatə edir. Hər il təsərrüfatdan 300 ton taxıl, 60 ton qarğıdalı, 100 ton kartof, 15 min ton preslenmiş ot tayası yığılır. Bundan başqa, təsərrüfatda 5 min qoyunu, 520 iribuynuzlu mal-qarası olan ferma fəaliyyət göstərir. Təsərrüfat modern texnika ilə təchiz edilib və fermer təsərrüfatları arasında ən nümunəvi vergi ödəyicisi olub. Mərhum prezident Heydər Əliyev Tovuza səfərində təsərrüfatla şəxsən tanış olub və onun göstərişi ilə bizə kredit ayrılıb. Bu kredit hesabına təsərrüfatı daha da böyütdük və inkişaf etdirdik”.
İ.Hüseynov deyir ki, son vaxtlar icra başçısı T.Zeynalovun təzyiqləri nəticəsində sıxıntılarla təqibləri ilə üzləşib:
“T.Zeynalov torpaqlarımıza sahib çıxmaq üçün bizə təzyiqlər edir. Ailə üzvlərimiz təqib edilir, həbslə hədələnir, təsərrüfatımıza da təzyiqlər edilir. Bu təzyiqlər nəticəsində indi təsərrrüfatda cəmi 5-6 nəfər çalışır. Halbuki təzyiqlərə qədər işçilərin sayı dəfələrlə çox idi. Bütün bunlar torpaqları öz əllərinə keçirmək üçün edilir. T.Zeynalov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşıdır. Güman ki, o qardaşına güvənərək torpaqlarımıza əl qoymaq istəyir. Çünki ailə üzvlərimiz tez-tez polis vasitəsi ilə təhdid edilir”.
İ.Hüseynov deyir ki, artıq boğaza yığılıblar: “Yaxın vaxtlarda təqiblərə son qoyulmasa, mətbuat konfransı keçirib, məsələnin bütün təfsilatını,   bu təqiblərin arxasında duran başqa oyunçuların da adlarını açıqlayacağam. Daha bəsdir.  Cənab prezident göstəriş verib ki, kənd təsərrüfatına qayğı ilə yanaşsın, dəstək versinlər, bunlar isə bizə qənim kəsiliblər, torpağımıza sahib çıxmaq istəyirlər”.
İstiqlal.az

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın