Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Gündəm / İcra başçısı “Razin talkuçkası”nı niyə sökə bilmədi? – FOTOLAR

İcra başçısı “Razin talkuçkası”nı niyə sökə bilmədi? – FOTOLAR

Bakıda “Razin talkuçkası” adla tanınır. Şəhərin Bakıxanov qəsəbəsində yerləşən bu ticarət mərkəzi Qaraçuxura və “Neftçilər” metrosuna gediş-gəliş yolunun tən ortasındadır.
Ona görə də “Bakıxanov” yarmarkası alış-veriş mərkəzindən daha çox, tıxacların düyün nöqtəsi adını qazanıb. Elə bir gün, saat ola bilməz ki, “talkuçka”nın yanında nəqliyyatın sıxlığı olmasın.
Amma buna sıxlıq demək kiçiltmək olardı: qarmaqarışıqlıq, avtobusların siqnal səsindən qulaq batırması, natəmizlik, antisanitariya, insan selinin xaotik hərəkəti bu ərazini dəhşətli bir məngənəyə çevirib.
Amma bu problemin həlli nə yazmaqla, nə də tənqidlə düzəlməz. Çünki yeganə yol “Razin talkuçka”sının köçürülməsidir ki, buna heç Sabunçu rayon icra başçısı Adil Vəliyev də nail ola bilmədi.
Hələ 2015-ci ildə icra başçısı ilə yarmarkanın sahibi Fərhad Mirzəyev arasında bir qalmaqal yaranmışdı.
Sabunçunun icra başçısı yarmarkanı sökdürməyə qalxsa da, ticarətçilərin etirazından sonra iş dayanmışdı. Hətta spküntüyə cəhd qarşıdurma ilə nəticələnmişdi ki, bu faktı təsdiqləyən kadrlar internet resurslarında var.
İcra hakimiyyəti bazarın ətrafında natəmizlik hökm sürdüyünü, yarmarkanın yolu darısqal etdiyini, tıxaclar yaratdığını bildirərək, abadlıq işlərinin davamı kimi bazarı köçürmək niyyətini ortaya qoymuşdu.
 
Ticarətçilər bazarın abadlaşdırılmasını boyunlarına götürəndən və natəmizliyi aradan qaldıracaqlarına söz verəndən sonra proses dayandı. Di gəl ki, F.Mirzəyev A.Vəliyevlə anlaşmanı pozaraq verdiyi vədə əməl etmədi.
Yenə də “köhnə hamam, köhnə tas” olan ticarət mərkəzinin ətrafında anarxiya hökm sürür.
Bəzi iddialara görə, F.Mirzəyev A.Vəliyevlə dil taparaq onu yola gətirməyə çalışmışdı. O vaxtdan bəri məsələ ört-basdır edildi, yarmarkanın sökülməsi ertələndi.
Hərçənd ki, “talkuçka”nın köçürülməsi təqdir olunurdu. Ərazi genişlənəcək, abadlaşacaq, yollarda tıxaclar aradan qalxacaq, hərəkət rahatlaşacaqdı. İcra başçısı isə prinsipiallıq nümayiş etdirmədi.
Bazarda çalışan tacirlər isə ticarət mərkəzinin köçürülməsinə qətiyyən etiraz etmirlər. Bir şərtlə ki, onlara münasib bir yer ayrılsın, köçürülmə nəticəsində müştərilərini itirməsinlər.
Bir qrup Bakıxanov sakini də A.Vəliyevdən xahiş edirlər ki, bu məsələyə yenidən baxılsın. Onların sözlərinə görə, icra başçısı istəsə planı işə sala bilər və yarmarkanı köçürmək reallaşar.
Sakinlər deyirlər ki, qəsəbədə bir xeyli səliqə-sahman işləri görülüb, abadlığa xələl gətirən yolüstü butkalar, köşklər, iaşə obyektləri geri çəkilib. Ancaq növbə ticarət mərkəzinə gəlib çatmır ki, bu dəhşətli vəziyyətə son qoyulsun.
Bakıxanov bazarı 1995-ci ildən “Azəribiznes” adlanan qurumun tərkibində fəaliyyət göstərir, 4 hektarlıq ərazini əhatə edir. Yarmarkaya bitişik bir neçə ticarət obyekti tikilib. Onların da “Razin tolkuçkası”nın rəhbərliyinə aid olduğu söylənir.

Həmçinin oxuyun

Elton Məmmədova məxsus şirkətin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi …

Bir cavab yazın