Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Gündəm / Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan Əmrah Məhərrəmov həbs edildi

Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan Əmrah Məhərrəmov həbs edildi

Bu barədə DİN-in Mətbuat xidmətindən Azinforum.az-a məlumat verilib.

Bildirilib ki, görüntülər sosial şəbəkələrdə yayılandan sonra polis tərəfindən dərhal araşdırma aparılıb və həmin videonun müəllifinin Əmrah Məhərrəmov olması müəyyən edilərək saxlanılıb. 

Onun barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada 20 sutka həbs edilib.

Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə istirahət mərkəzlərinin birində video çəkərək insanlara qarşı alçaldıcı ifadələr işlədən şəxsin görüntüləri yayılmışdı.

Nabranda çəkildiyi ehtimal edilən videoda “Tik-tok” platformasında “magerramoff” adlı profilin sahibi hovuzda çimən qadınları canlı yayımda göstərib izləyicilərinə “hansınızın bacısıdır, deyin çəkməyim, qeyrət çəkənlər hanı?” şəklində ifadələr işlətmişdi.

93 min izləyicisi olan istifadəçinin bu hərəkəti ciddi şəkildə qınanılmış, hovuzda dincələn qadınların görüntülərinin yayılması şəxsi həyata müdaxilə kimi dəyərləndirilmişdi.

Həmçinin oxuyun

Eldar Həsənovun ailə üzvləri Ali Məhkəməyə müraciət etdi – SƏBƏB

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun ailə üzvləri kassasiya …