Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Haqqında ən çox mənfi xəbər dərc olunan millət vəkili kimdir?

Haqqında ən çox mənfi xəbər dərc olunan millət vəkili kimdir?

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi deputatlarla bağlı iyul ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallardadeputatlarla əlaqəli 13678 xəbər yerləşdirilib. Bunlardan 59 xəbər mənfi, 20 xəbər müsbət və 13599 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Rafael Cəbrayılov (13 xəbər – deputatdan laqeydlik), Ağalar Vəliyev (12 xəbər – deputat mandatından məhrum edilə bilər iddiaları), Elmira Axundova (12 xəbər – deputat və oğlu haqqında şikayət). Müsbət xəbərlər isə Eldar Quliyev (18 xəbər – BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin Avropa Xidməti Ordeni ilə təltif edilib) və Azay Quliyevə (2 xəbər – deputatın “Fədai”medalı ilə təltif olunması) məxsusdur.

Xəbər sayına görə sıralama:

  1. Mehriban Əliyeva 1314 xəbər
  2. Rövnəq Abdullayev 843 xəbər
  3. Əflatun Amaşov 795 xəbər
  4. Azay Quliyev 684 xəbər
  5. Qənirə Paşayeva 672 xəbər
  6. Bahar Muradova 491 xəbər
  7. Vahid Əhmədov 466 xəbər
  8. Cavid Qurbanov 448 xəbər
  9. Siyavuş Novruzov 421 xəbər
  10. Vasif Talıbov 365 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2269 xəbər dərc edilib. Bu xəbərlərdən 2246-sı neytral, 23-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında lider Mirkazım Kazımovdur (23 xəbər – “Azadlıq” qəzetinə borcunu ödəməməsi). İyul ayında yazılı mətbuatda bu sektorla əlaqəli müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

  1. Əflatun Amaşov 188 xəbər
  2. Mehriban Əliyeva 179 xəbər
  3. Siyavuş Novruzov 103 xəbər
  4. Vahid Əhmədov 91 xəbər
  5. Bahar Muradova 79 xəbər
  6. Rövnəq Abdullayev 76 xəbər
  7. Musa Quliyev 70 xəbər
  8. İsa Həbibbəyli 69 xəbər
  9. Hikmət Məmmədov 65 xəbər
  10. Vasif Talıbov 58 xəbər

İyul ayında televiziya kanallarında deputatlar haqqında 818 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

  1. Əflatun Amaşov 103 xəbər
  2. Mehriban Əliyeva 80 xəbər
  3. Fuad Muradov 47 xəbər
  4. Bahar Muradova 47 xəbər
  5. İsa Həbibbəyli 38 xəbər
  6. Rövnəq Abdullayev 38 xəbər
  7. Azay Quliyev 29 xəbər
  8. Oqtay Əsədov 25 xəbər
  9. Eldar İbrahimov 25 xəbər
  10. Qənirə Paşayeva 24 xəbər

Radio kanallarında iyul ayında bu sektorla əlaqəli 53 xəbər verilib.

Xəbər sayına görə sıralama:

  1. Oqtay Əsədov 20 xəbər
  2. Bahar Muradova 11 xəbər
  3. Ziyafət Əsgərov 10 xəbər
  4. Ülviyyə Ağayeva 5 xəbər
  5. Səməd Seyidov 2 xəbər
  6. Siyavuş Novruzov 1 xəbər
  7. Hadı Rəcəbli 1 xəbər
  8. Əflatun Amaşov 1 xəbər
  9. Cavid Qurbanov 1 xəbər
  10. Qənirə Paşayeva 1 xəbər

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın