Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Gündəm / Hacıqabuldakı dəhşətdən ilk – Fotolar

Hacıqabuldakı dəhşətdən ilk – Fotolar

Hacıqabul rayonunda 6 nəfərin ölümü ilə nəticələnən hadisənin baş verdiyi yerdən fotolar əldə edilib.

“Qafqazinfo” xəbər verir ki, fotolar sosial şəbəkələrdə yayılıb. Baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, bir nəfər isə yaralanıb. Ölənlərdən 4-ü bir ailənin 4 üzvüdür. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.

Hadisəni törədən Mübariz Mehdiyevin isə polis tərəfindən zərərsizləşdirildiyi bildirilir.

İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə Qəmbərovlar arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib. Buna görə də M. Mehdiyev evə hücum edərək, Qəmbərovları güllələyib. Digər məlumata görə, M. Mehdiyev evdə olan 5 nəfəri güllələyəndən sonra özünü də öldürüb.

Ailə üzvlərindən biri-Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.


Həmçinin oxuyun

Əhmədzadənin uğursuz Suqovuşan təcrübəsi… – NARAZILIQ…

Dünən Suqovuşan su anbarından normadan artıq su buraxılması nəticəsində Bərdə rayonu ərazisində fəaliyyət göstərən regionun …

Bir cavab yazın