Çərşənbə axşamı , İyun 2 2020
Ana səhifə / Gündəm / Prezident Əli Həsənov və Hacıbala Abutalıbovu vəzifələrindən azad etdi – rəsmi sərəncam

Prezident Əli Həsənov və Hacıbala Abutalıbovu vəzifələrindən azad etdi – rəsmi sərəncam

Baş nazirin iki müavini – Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olunublar.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamları yayılıb. Sərəncamda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

 Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.

Prezidentin imzaladığı daha bir sərəncamda qeyd olunur:

“Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin”.

Sərəncamlar imzalandığı gündən qüvvəyə minib.

Həmçinin oxuyun

“DƏMİR-CƏNAB”: Cavid Qurbanov… – Hardan haraya…

Azərbaycanın dəmir yollarında uzun vəzifə yolu keçərək böyük biznes imperiyasına yiyələnən – nəqliyyat, logistika, tikinti, …