Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Hacı Məmmədovun həyat yoldaşı kimi təqdim olunan məhkumun kimliyi məlum olub

Hacı Məmmədovun həyat yoldaşı kimi təqdim olunan məhkumun kimliyi məlum olub

Amnistiyaya düşərək ötən gün həbsdən azad edilənlər arasında Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyevanın da olması barədə məlumatlar yayılıb.
APA-nın əldə etdiyi məlumata görə isə amnistiyaya düşən şəxslərin arasında N. Quliyevanın olduğu barədə xəbərlərin heç bir əsası yoxdur. N. Quliyeva kimi təqdim olunan şəxs isə Təranə Əliyevadır.
Ötən gün APA-nın əməkdaşı da amnistiya aktının icrasını izləyib. Qadın məhkumların saxlandığı 4 saylı cəzaçəkmə müəssisəsində amnistiya aktının şamil olunduğu məhkumlardan üçü azadlığa buraxılıb. Azadlığa buraxılanlar İradə Bayramova, Humay Əsədova və Təranə Əliyevadır.
T. Əliyeva Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə (soyğunçuluq) cinayət törətməkdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasının çəkilməmiş 6 aylndan azad edilib.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın