Cümə , Oktyabr 23 2020
Ana səhifə / Gündəm / Gülər Əhmədova etiraz etdi: “Ölkə kişisizləşdirilir”

Gülər Əhmədova etiraz etdi: “Ölkə kişisizləşdirilir”

Azərbaycanda cinsi azlıqları sistematik təbliğ edən saytlar var. Bu ölkədə daha bir işğaldır. Kişilərin işğalı. Ölkə kişisizləşdirilir. Buna diqqət edən varmı? Zamanında biz parlamentdə “Alternativhərbi qulluq” haqqında qanunu qəbul etmədik. Amma belə getsə, Azərbaycanda bu qanun da qəbul olunacaq. Cinsi azlığam- deyib, orduya getməyəcəklər. Çünki artıq cinsi azlıq olmaq ulduz olmaq deməkdir. İnanmırsınız? Açın instaqramı…Baxın. Hansı milli qəhrəmanın səhifəsi bir cinsi azlığın səhifəsi ilə müqayisə oluna bilər? Ey uca millət, ey kişilər,atalar,ərlər,qardaşlar!! Hara baxırsınız? Niyə kor olmusunuz? Bu insanların ətrafında atılıb düşən arvaflarınızı, qızlarınızı niyə çəkib yığışdırmırsınız? Nəslinizin gələcəyi təhlükə altındadır. Artıq qı kimi oğlan yetişdirmək,oğlanların saçını qıza bənzətmək adi hala çevrilib. Oğlanlar qaşlarını alır, uf da demirlər. Eyy, bu millətin kişiləri !! Hər şeyi dəyişmək .olacaq,hər şey dəyişəcək onsuz da… Amma qadınlaşan kişiləri təzədən kişi etmək mümkün deyil. Hardasınız, mətbuata,televiziyalara məsul olan kişilər? Siz sorumlusunuz!! Siz bu ölkənin genofondunu məhv edən qüvvələrin, agentlərin,missionerlərin işini görmürsünüz? Guya Azərbaycanı avropalaşdırırlar. Ay qardaş, Avropa təhsinin, incəsənətinin,rəssamlığının, yazıçılarının, avtomobilqayırmasının, tibbinin səviyyəsini gətirin də ölkəmizə..Balalarımızı, gələcəyimizi niyə şikəst edirsiniz? Bu institutlar bizim psixologiyamızı gözəl öyrəniblər. Bilirlər ki,millət olaraq xəstə, bədbəxt adama yazığımız gəlir,habelə durmadan ağlayan- sızlayanlara pəpə verməyə çalışırıq.

Bir az həyasız adamdan həyamızı qorumağa çalışırıq. Baxın, cinsi azlıqlar məhz belə edir Əvvəlcə, yazıq rolu, sonra həyatdan şikayətlər,daha sonra bir az tərəfdar yığandan sonra, tərəfdar olmayanlara həyasız hücumlar. Bunlar hardan maliyyələşir? Əgər mənbə xalqdırsa,və ya xalq deyildiyi kimi kloun kimi onlara pul xərcləyirsə, və ya yazığı gəlirsə,gəlin mən sizə bu Vətən uğrunda canını, sağlamlığını itirmiş şəhid və qazi ailələrinin nişan verim. Super komik istedadı olan gənc talantları göstərim. Ay gözəl millət, başınız qarışıb iqtidar- müxalifət,sünni- şiə polemikalarına, gələcəyimiz ,genofondumuz əldən gedir. Cinsi azlıqlar TV- ləri, sosial şəbəkələri “Yutubu”  zəbt edib. Ayılın,ayılın,ayılın! Sonra çox gec olacaq!!! Mənəviyyat ,v ərdişlər pozularsa, deformasiyaya uğrayarsa, əvvəlki halına geri dönmür! Mənəviyyatımızda mutasiyalar baş verir.Bunu tədqiq edən sosioloqlar, psixoloqlar, alimlər haqqında kim eşidib? Elmlər Akademiyası, lütvən bu məsələlərə üzünüzü çevirin. 20-30 ildən sonra bu şəhərin cavanlarını gözünüz önünə gətirin. Bu millət hansı dəyərlər üzərində tərbiyə olunur? Bağçalarda, məktəblərdə uşaqlar kimə oxşamaq istəyir? Azərbaycan sektoru və rus sektoru arasındakı böyük uçurumdan xəbəriniz var,ey bu millətin qeyri- formal və formal söz sahibi olanları? Ay lider kişilər və qadınlar , xəbəriniz varmı ki, hətta yaxşı oxuyan uşaqlar cinsi azlıqları təbliğ edən cizgi filmlərinə baxırlar? Niyə hələ də ideoloji istiqamətimizi, nümunələrimizi hazırlayıb konsepsiya şəklinə salmamısınız? Yalan danışmayın, hələ Heydər Əliyev bu prioritetlər, ideoloji istiqamətlər haqqında Gənclərin forumunda çıxış edib. Prezident, Birinci Vitse- Prezident bu istiqamətləri bütün tədbirlərində, çıxışlarında açı- aşkar göstərir. Dərslik, proqram,metodiki və didaktik vəsairlət üzərində işləyən aydınlar,ideoloji işin sorumluları,dostlar, cənablar, yazın, işləyin. Müəllimlər, tərbiyəçilər, aparıcılar, valideynlər çaş- başdır. Yazın, çap edin, maarifləndirin, yolumuzu bənd- bənd,addım- addım sadə insanlara anladın. Biz bir yol gedirik? Cəmiyyətimizin adını qoyun. Dəyərlərimizin adını qoyun Sosial demokratiya? Liberal demokratiya? Başqa nə?
21- co əsrdə ekososializm, neofaşizm, kommunizm ideyaları ilə yönləndirilən dövlətlər var.Bizim yolumuzun adını qoymamız lazım. Bəlkə də hansısa alimin, professorun kitabında bu məsələlər var. Lap yaxşı. Bizə də deyin, qara camaata. Maarifləndirin bizi.

Azərbaycanı işğaldan azad edəcək kişilərinin beynini ,bu kişiləri dünyaya gətirib tərbiyə verən qadınların beynini işğaldan azad edin. Dünən keçib,bitib .Sabah hələ bilinmir. Bu gün bizimdir. Bu gün hərəkətə keçməliyik
P.S Hücumların olacağını bilirəm. Monopolist düşüncəli jurnalistləri tanıyıram Bir dəfə birini tənqid etdim ki, “”qadınları aşagılama”” indi harda yazsam, danışsam o səhifədə ünvanıma nəsə xarakterli şərhlər yazır. İndi dur, bax cinsi azlıqlar hansı hücümlar edəcək..TV- kərə, saytlara yollarımı bağlamasalar yaxşıdır. Facebook- da nələr tapacaqlar…

Gülər ƏHMƏDOVA, sabiq millət vəkili

Azinforum.az 

 

 

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …