Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Gülənə daha bir şok ittiham – Bu dəfə Turqut Özalın oğlundan

Gülənə daha bir şok ittiham – Bu dəfə Turqut Özalın oğlundan

Türkiyənin 8-ci prezidenti Turqut Özalın oğlu Ahmet Özal atasının ölümündə Fətullah Gülənin əli olduğunu bildirib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, A. Özal bununla bağlı ciddi şübhələrinin olduğunu açıqlayıb və o illərin araşdırılmasını istəyib: “Atamın məzarı açıldıqdan sonra məhkəmə sədri FETO-çu olduğu üçün vəzifəsindən çıxarılaraq həbs edildi. Məsələ ilə bağlı ekspertizada işləyənlərə təhdidlər edilirdi. Atamın sağlıq cəhətdən problem olduğu üçün yanında iki həkim və iki ambulans olurdu. Amma həmin gün 50 metrə yaxınına belə gəlmədilər. Bütün bunlar araşdırılmadı və bağlandı. İlk əvvəl yanlış olaraq zəhərlənmək diaqnozu qoydular, sonra isə susdular.

Məsələni hələ də anlamamışıq. Fətullah Gülən 1991-ci ildə “Sızıntı” dərgisinə verdiyi müsahibədə atamın əleyhinə çox sərt ifadələr işlədib. Çünki atam o zamanlar bu adamın çox təhlükəli olduğunu demişdi. Mən 1993- cü ilin 28 fevral hadisələrinin yenidən ciddi araşdırılmasını tələb edirəm. Çünki atamın öldürülməsində FETO-nun əli olduğuna dair ciddi şübhələrim var”.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın