Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / Göygöldə Ruslan Əliyevin “alternativ” fondu – Rəsmən bazardır…

Göygöldə Ruslan Əliyevin “alternativ” fondu – Rəsmən bazardır…

Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin fəaliyyətində yer almış bir sıra ciddi nöqsanlardan, qanunazidd əməllərdən xəbər vermişdik. Bu xüsusda aldığımız məlumatlarda vurğulanır ki, şöbənin müdiri Ruslan Əliyevin burada tətbiq etdiyi yarıtmaz iş metodları səbəbindən rayon sakinləri müavinat alarkən süni bürokratik əngəllərlə qarşılaşmalı olurlar. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda da biz qeyd etmişik ki, bu gün Azərbaycanda sosial problemlərin həlli, əhalinin maddi rifah durumunun yüksəldilməsi istiqamətində əsaslı dövlət tədbirləri həyata keçirilməkdədir. Xüsusən əhalinin aztəminatlı təbəqəsini təmsil edən vətəndaşların həyat səviyyəsinin qaldırılması daima diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Pensiya İslahatı Konsepsiyasının icrası və onun yerinə yetirilməsinin təşkilati-idarəetmə bazasının yaradılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” fərmanları mühüm rol oynamışdır. Təbii ki, bütün bu islahatlar mütərəqqi xarakter daşımaqla Azərbaycan vətəndaşının sosial müdafiəsini daha etibarlı və yüksək səviyyədə təmin etmək məqsədinə xidmət edir. Bu da aydındır ki, həmin islahatların uğurla həyata keçməsi bir tərəfdən vətəndaşların icbarı sığorta ödəmələrində özlərinin maraqlı olduqlarını dərk etmələrindən, digər tərəfdən isə DSMF strukturları əməkdaşlarının öz funksiyalarını dəqiq və vicdanlı şəkildə həyata keçirmələrindən bilavasitə asılıdır. Təəssüflər olsun ki, bu gün yerlərdə hər iki kontingentin təmsilçiləri arasında “qarşılıqlı anlaşmaya” gələrək dövlətin sığorta-pensiya sisteminin formalaşmasına ciddi əngəllər törətməkdə israralı olanlara kifayət qədər tez-tez rast gəlinir. Bu xüsusda redaksiyamıza daxil olan məktublarda yerli sakinlər Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsində yer almış bir sıra ciddi nöqsanlardan, qanunazidd əməllərdən şikayətlənirlər. Məlumatlarda qeyd olunur ki, şöbənin müdiri Ruslan Əliyev oz işinin öhdəsindən layiqincə gələ bilmədiyindən rayon sakinləri müavinat alarkən süni əngəllərlə qarşılaşmalı olurlar. Ruslan Əliyevin rəhbərlik etdiyi şöbədə vətəndaşların səbəbsiz yerə get-gələ salındığını, əhalinin incidilərək, onlardan müxtəlif bəhanələrlə rüşvət tələb olunduğunu qeyd edən şikayətçilər təqdim etdikləri açıqlamalarda vəziyyəti belə təsvir edirlər: “Heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan, ödənişlərin tətbiq edilməsi, əhaliyə təhdid dolu məktubların göndərilməsi, cərimə sanksiyalarının tətbiq olunması artıq Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsində adi hal alıb. Amma bunun müqabilində, qanuni cərimələrdən yaxa qurtarmağın da yolu var. Bunun üçün Ruslan Əliyevin özünə həmin cərimələrin yarı məbləğini nəğd şəkildə ödəmək olar. Şöbənin müdiri maraqlarını təmin etmək, məqsədini reallaşdırmaqdan ötrü az qala hər vasitədən, hətta rayonun güc sturukturlarının adından da istifadə etməkdən çəkinmir…” Daha sonra əldə etdiyimiz məlumatlara görə, Ruslan Əliyevin rayonda fəaliyyət göstərən bəzi müəssisə rəhbərləri ilə aralarında əldə olunan razılığa əsasən, rəsmi sənədlərdə həmin müəssisədə işləyən fəhlələrin sayı real saydan xeyli az göstərilir. Bu azaltma müəssisə rəhbərliyini həmçinin sosial müdafiə fonduna olan ödənişlər üzrə xərclərin böyük bir hissəsindən azad edir. Bu yolla “qənaət” olunan məbləğin yarısı isə, nəğd şəkildə Ruslan Əliyevə, onun özü üçün, DSMF-yə “alternativ” olaraq yaratdığı şəxsi fonda təqdim edilir…

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

dia.az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın