Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Gündəm / Göyçay RİH bərbad vəziyyətdə olan məktəbdən “xəbərsiz”dir? –  ARAŞDIRMA

Göyçay RİH bərbad vəziyyətdə olan məktəbdən “xəbərsiz”dir? –  ARAŞDIRMA

Bu günlərdə ölkə mətbuatında Göyçay rayonunun Hacıağabəyli kəndinin məktəbinin acınacaqlı vəziyyətini əks etdirən videoreportaj və məlumatlar yayıldı.
Sözügedən reportajda deyilir: “Bu gördüyünüz mənzərəni ürək ağrısı ilə izləyəcəksiniz. Bəli bu videoda gördüyünüz Göyçay rayonu Hacağabəyli kənd orta məktəbidir.Həmin mal tövləsinə oxşayan, qəzalı vəziyyətdə olan daxma əvvəllər gübrə anbarı olub. Bir neçə ildir ki, buranı orta məktəb ediblər.Bir otaqdan ibarət olan bu məktəbdə eyni vaxtda 1-ci, 2-ci, 3-cü və 4-cü sinif şagirdlərinə bir yerdə dərs keçiirilir.sabir_hadjiyev

Pəncərə şüşələri və tavanı olmadığı üçün klyonka ilə örtülüb, tam yararsız olan bu sinifdə isti aylarda ilanların , siçovluların çox olduğundan şikayət edən valideyinlərin şikayətlərini eşidən yoxdur.Bina hər vaxt uça bilər ki, buna görə azyaşlı şagirdlərin həyat və sağlamlıqları ciddi təhlükə qarşısındadır. Parlament seçkiləri öncəsi kəndə gəlib yeni məktəb tikilməsində yaxından kömək edəcəyinə söz verən deputat Sabir Hacıyev seçicilərin səsini alıb onları aldadıb vədinə əməl etməməsindən şikayətlənən sakinlər ümüdlərinin prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya qaldığını bildirdilər” (regionxeberleri.com).1479236898_mekteb4

Sayt olaraq, məsələni araşdırmaq və bu məktəblə bağlı niyə indiyə qədər tədbir görülmədiyini aydınlaşdırmaq məqsədilə, Göyçay RİH başçısının müavini Ədalət Dövlətovla əlaqə saxladıq.
“Göyçay rayonunda qəza vəziyyətində olan məktəb binası yoxdur”, – deyə Ə.Dövlətov cavab verdi.
“Hacağabəyli kənd məktəbi qəza vəziyyətində deyil? Olsun “bərbad vəziyyət”də…Videoreportaj yayılıb axı… Məktəbin durumu videodan aydın görünür”, – deyə qeyd etdik. “Mənim məlumatım yoxdur. Bildiyimə görə, o kənddə tam orta məktəb yoxdur. Siz rayon təhil şöbəsiylə əlaqə saxlayın”, – deyən RİH başçısının müavini dəstəyi asdı.
Göyçay RTŞ-də isə bizə dedilər ki, müdir Rəşad Məmmədov hazırda məzuniyyətdədir, onun müavini isə bir azdan gələcək: “Bizə əlaqə nömrənizi verin, sizə zəng edərik”.snimok
Axşam saatlarına qədər zəng gözləsək də, Göyçay Rayon Təhsil Şöbəsindən heç kim bizə zəng etmədi.
Hacağabəyli kənd sakini Yusif Xasıyev bildirdi ki, sözügedən məktəb dördillikdir.
“Bu məktəbin 60-dan çox yaşı var. Əvvəl gübrə anbarı kimi istifadə olunub. Özüm o məktəbi oxumuşam, sonra başqa məktəbə getmişəm və Göyçayda texnikumu bitirmişəm. İnanırsınız, məndən sonra nəinki ali təhsil, nəinki orta ixtisas, hətta peşə liseyini oxuyan da çıxmayıb bu kənddən…

Bir yandan məktəbin bərbad vəziyyəti, digər tərəfdən də təhsilin aşağı səviyyədə olması uşaqlarımızın gələcəyini məhv edir. Dəfələrlə Göyçay Rayon İcra Hakimiyyəti və kəndin tabe olduğu Yeniarx bələdiyyəsi qarşısında məsələ qaldırmışıq. Birincisi, yeni məktəb binası tikmək lazımdır. Daha sonra isə kəndimizin tam orta məktəbə ehtiyacı var. Uşaqlar 4-5 kilometr aralıdakı Yeniarx məktəbinə getməyə məcbur olurlar.

snimokSabiq icra başçısı Mübariz Ağayev bizə yeni məktəb tikiləcəyini söz vermişdi. Burda yer ayırıldı, biz sakinlər yığışıb özül qazıdıq, amma daş gətirmədilər. Sonra da icra başçısı dəyişildi, məsələ qaldı. ”, – deyə Y.Xasıyev qeyd etdi.

Onun sözlərinə görə, məktəb binasına yaz-yay aylarında da yaxın düşmək olmur: “Siçovul və ilan yuvalarını özünüz görsəniz, dəhşətə gələrsiniz. Məktəbin divarından kollar çıxır. Belə məktəbə uşaq oturar? Qorxuruq ki, hər an o bina uşaqların başına uçacaq”.
Y.Xasıyev əlavə etdi ki, sakinlər Göyçay RİH başçısı Mehdi Səlimzadə ilə görüşüb, yeni məktəb məsələsinin tezliklə həll olunmasını istəyirlər.  (Qafqaznews.az)

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın