Cümə , İyul 19 2019
Ana səhifə / Gündəm / Göyçay həkimlərindən olunan şikayəti kim ört-basdır etmək istəyir?

Göyçay həkimlərindən olunan şikayəti kim ört-basdır etmək istəyir?

Qaraməryəm kənd sakini üzləşdiyi problemlə bağlı mətbuata üz tutdu

Göyçay rayon, Qaraməryəm kənd sakini Səbuhi Fəxrəddin oğlu Quliyev üzləşdikləri problemlə bağlı FaktXəbər-ə müraciət edib. Səbuhi Quliyev bildirir ki, 03 iyun 2015-ci ildə qardaşı Akif Quliyev, nişanlısı Vüsalə Yəhyayeva və Teyyub Quliyev baş vermiş yol nəqliyyat hadisəsi zamanı ciddi şəkildə xəsarət alaraq, Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxananın baş həkimləri Mərdəli Hacıyev, Famil Novruzov və Elman İbadov müalicənin davamı üçün ondan nələrsə istəyib.

Daha sonra Səbuhi Quliyev bildirir ki, qardaşı Akif Quliyevə kislorod balonunun qoşulması üçün reduktor lazım olub və həmin reduktoru Vüsalənin əmisi Sabit Yəhyayev 25 manata alıb gətirib. Həkim Famil Namazov Vüsalənin müalicəsi üçün Bakıdan həkim gəlməli olduğunu söyləyib. Onlar bununla razılaşdıqda isə Famil Namazov onları kənara çəkərək, Bakıdan gələcək təcili tibbi yardım avtomobili və həkimin 2000-3000 manat xərci olduğunu bildirib.

Eyyub Quliyevi xəstəxanadan çıxararkən həkim-travmatoloq Mərdəli Hacıyev və Elman İbadov ondan 350 manat pul tələb ediblər, ancaq Səbuhi Quliyev pulu onlara verməyib. Amma sonradan təklikdə Famil Namazova 700 manat verib. Bu hadisədən sonra Qaraməryəm kənd xəstəxanasının baş həkimi İsa həkim Eyyub Quliyevi, Famil Namazov isə qardaşı Akif Quliyevi məcbur edərək onlardan xəstəxana pul tələb olunmaması ilə bağlı izahat alıblar.

Səbuhi Quliyev qeyd edilən faktlarla bağlı Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə müraciət edib. Bu müraciətdən sonra Səhiyyə Nazirliyi Göyçay rayon Mərkəzi Xəstəxanasında komissiya yaradıb. Komissiya isə qərar verib ki, ümumiyyətlə həkim-travmatoloq Mərdəli Hacıyev və həkim-cərrah Famil Namazov onun qardaşını müayinə və müalicə etməyiblər. Həkimlər bildiriblər ki, Akif Quliyevin ailəsindən və yaxınlarından heç nə tələb etməyiblər

Maraqlıdır ki, sözügedən şikayətdə adı çəkilən həkimlərdən heç biri izahatlarında Akif Quliyevi müalicə etmədiklərini, sadəcə Eyyub Quliyevi və Vüsalə Yəhyayevanı müayinə-müalicə etdiklərini, onların isə sonradan öz istəkləri ilə müalicələrini davam etdirmək üçün Bakıya getdiklərini deyiblər.

Belə olduqda sual yaranır: Bəs Akif Quliyevi Göyçay rayon Mərkəzi Xəstəxanasında kim müayinə və müalicə edib?

Səbuhi Quliyev iddia edir ki, onun həkimlərdən etdiyi şikayəti ört-basdır edirlər. Və o, buna sübut kimi Famil Namazovla apardığı danışığın səs yazısını, bəzi videoları da bizə təqdim edib. Şikayət məktubunda adı çəkilən şəxslərin də fikirlərini dinləməyə və dərc etməyə hazırıq.

gundelikbaku.com

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni əmr: “Bandotdel”ə rəis təyin olundu – Əbülfət Rzayev kimdir? + FOTO

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.Mia.az Strateq.az-a istinadla xəbər …

Bir cavab yazın