Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Goranboyda fermerlər emal və istehsal zavodlarının yaradılmasını istəyir – ARAŞDIRMA

Goranboyda fermerlər emal və istehsal zavodlarının yaradılmasını istəyir – ARAŞDIRMA

Goranboy rayonunda maldarlıq və əkinçiliklə məşğul olan sakinlər rayonda ət, süd, dəri emalı kimi zavodların yaradılmasını istəyirlər.

BBC Azərbaycancaya danışan sakinlər istehsal etdikləri məhsulu özəl bizneslərə ya ucuz qiymətə satdıqlarını deyir, ya da heç sata bilmədiklərindən gileylənirlər.

Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü Murtuzəli Hacıyev bildirib ki, aprel ayında prezident İlham Əliyev istehsalçılarla tədarükçülər arasında vasitəçi qurumun, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Ərzaq məhsullarının tədarükü və təchizati” Açıq Səhmdar Cəmiyyəti yaradılmasına dair sərəncam verib.

Amma cənab Hacıyev Cəmiyyətin fəaliyyəti barədə suallara cavab verməyib.

Fərmanın məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və ya emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq və sairədir. Fərmana əsasən, Cəmiyyətin əsas məqsədi ərzaq məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulları almaq və tədarük edərək satınalan təşkilatlara təqdim etməkdir.

Bu barədə İqtisadiyyat Nazirliyindən şərh almaq mümkün olmayıb.

Ət, süd, dəri emalı kimi zavodlar yoxdur”

Goranboy rayon Xanqərvənd kənd sakini 72 yaşlı Əliş Əsgərov
“…bundan nə inək ola bilər, nə qədər süd verə bilər ki”, 72 yaşlı Əliş Əsgərov sual edir

“Elə bu şumun içində anadan olmuşam” deyən Goranboy rayon Xanqərvənd kənd sakini 72 yaşlı Əliş Əsgərov ömürboyu təsərrüfatla məşğul olduğunu deyir.

Əvvəllər pambıq becərdiyini və yaxşı dolandığını vurğulayan sakin indi rayonda mal saxlamağın çətin olduğunu qeyd edir. Həmçinin qeyd edir ki, təxminən 30 il əvvəl Xanqərvəndlə qonşu Qızılhacılı kəndləri hər gün süd zavoduna 2800 litr süd göndərə bilirmiş.

Xanqərvənd paytaxt Bakıdan 343 km məsafədə yerləşir və Goranboyun ən böyük kəndlərindən biridir.

İndi isə Xanqərvənd kənd sakini malların otlaması üçün örüş yerinin olmamasından gileylənir.

O həyətdə otlayan arıq inəklərdən birini göstərərək “…bundan nə inək ola bilər, nə qədər süd verə bilər ki” deyə sual edir.

“Hansısa kənddə və ya rayonda cins heyvanlar yetişdirilsə, onlardan alıb saxlamaq olar. Onda ətliyi də yaxşı olar, südlüyü də, yağı da”, o deyir.

Əsgərovun özü və oğluna aid təxminən 10 baş mal-qarası var və o bəzən başqa sakinin ərazisini kirayələyərək heyvanların orada qidalanmasını təmin edir.

“Yoldaşım iki qazan qatığı qoltuğuna vurub bazara getdiyinə, aparıb verərik o zavoda. Bu da olar rahatçılıq”.

Onun sözlərinə görə, rayonda ət, süd, dəri emalı kimi zavodlar yoxdur. Dəri emalı zavodunun da önəmini vurğulayan sakin kənddə hər gün azı 5 iri buynuzlu heyvanın kəsildiyini qeyd edir.

“Bunun dəriləri yığılsa, dövlətə, görün, nə qədər xeyiri olar?!”, o bildirir.

Heyvanlar sağılmır

Aqibət Hacıyeva
Ətin qiymətinin düşməsi Aqibət Hacıyevanın biznesinə təsir edib

İl yarımdır qoyunçuluqla məşğul olan Aqibət Hacıyeva əvvəllər iri buynuzlu heyvan saxladığını qeyd edir.

Həyat yoldaşı xəstələndikdən sonra ziyana düşdüklərini deyən kənd sakini bildirir ki, ətin qiymətinin düşməsi inəyin bazar qiymətinə də təsir edib və nəticədə, ucuz satılan heyvanlar ailənin çəkdiyi xərci qarşılamayıb.

Hazırda qoyunçuluğa daha çox diqqət verən ailə otlaqların olmamasından və rayonda maldarlıqla əlaqəli fabrik və zavodların fəaliyyət göstərməməsindən şikayətçidir.

O ən çox dəri emalı və yun zavodunun olmamasından narahatdır. Aqibət Hacıyeva əlavə edir ki, qırxılan yun yuyulduqdan sonra bir kiloqramını 3 manata sata bilir – “bu qiymət qane edici deyil”, o əlavə edir.

quzu

Hazırda 50 baş qoyunu olduğunu deyən təsərrüfatçı onların südünün heç bir müəssisəyə verə bilmədiklərini və bu səbəbdən heyvanların sağılmadığını qeyd edir.

“Südü quzulara veririk. Elə bir yer yoxdur ki, südü verək, xeyrini görək”, o deyir.

Onun sözlərinə görə, süd zavodu olsaydı, heyvanların qida və digər xərclərini qarşılamağa kömək edə biləcək maliyyə yarana bilərdi.

Kənd sakini Elşən Aslanov da rayonda kənd təsərrüfatı məhsullarının qəbulu məntəqəsi və ya istehsal zavodlarının olmasını, kənd sakinlərinin məhsullarının o məntəqələrdə alınmasını arzu edir.

“30 faizli kreditlər kəndçinin belini qırır”

20 ildir təsərrüfatla məşğul Elman Süleymanov BBC Azərbaycancaya kənddə sakinlərdən süd alarkən müsahibə verir. O qohum-qonşudan süd alaraq qatıq, pendir hazırlayır və bazarda sataraq ailəsinin dolanşığını təmin edir. Bundan başqa, sahəsində taxıl və yonca əkərək 3 baş sağılmalı heyvanının qidasını tədarük edir.

Zavodların önəmini vurğulayan müsahibimiz bəzi kiçik özəl emalatxanaların kəndlilərdən süd aldığını, lakin qarşılığında litrəsinə 30 qəpik təklif etdiyini də qeyd edir.

“Bu qiymət heç yem xərcini ödəmir. Litrinə 50-60 qəpik versələr yaxşı olardı… 30 qəpiyin kəndçiyə xeyri yoxdur”, deyir.

Fermerliyin çətinliyindən danışan müsahibimiz güzəştli kredit ala bilməməsindən, eləcə də kredit faizlərinin çox olmasından gileylidir.

“30 faizli kreditlər kəndçinin belini qırır”, deyən Elman 10-15 min manat dəyərində kredit götürüb təsərrüfatını genişləndirmək istədiyini qeyd edir.

Tağı Abdullayev
Tağı Abdullayev maldarlığı sərfəli hesab etmir

Maldarlıqla məşğul olmağın sərfəli olmadığını bildirən Tağı Abdullayev isə bögədə meyvəçilik üçün münbit şərait olduğunu deyir.

O, kənddə alma, armud, heyva, nar, xurma kimi ağacların bol olduğunu, yığılan meyvələrin isə Rusiyaya göndərildiyini deyir. Abdullayevin sözlərinə görə, məhsulun Azərbaycanda satılmasının fermerlərə xeyir vermir.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın