Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / Gömrük generalının “iqtisadi imperiyası” – Mehdiyevin gömrükdəki qohumlarının SİYAHISI

Gömrük generalının “iqtisadi imperiyası” – Mehdiyevin gömrükdəki qohumlarının SİYAHISI

Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevlə bağlı sensasiyalı məlumat yayılıb.

Bu və digər önəmli məqamlarla bağlı Gundelik-Baku.com xəbər verib ki, Dövlət Gömrük Komitəsinin sədri postuna iddalı olan Səfər Mehdiyev əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu Nehrəm kənd kolxozunda başlasa da, 2006-cı ilin fevral ayından etibarən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışır:

“Geridə qoyduğumuz bu 10 il ərzində o, bir sıra yollarla özünə külli miqdarda sərvət toplamağa, Dövlət Gömrük Komitəsində mövqeyini möhkəmləndirməyə, eyni zamanda, mühüm əhəmiyyət kəsb edən vəzifələrə öz adamlarını yerləşdirməyə nail olub…

Hələ bu, azmış kimi, qısa müddət ərzində onlara kapitan, mayor, polkovnik rütbəsi verdirib. 

Məsələn, bacısının 3 kürəkəni, bacısı oğlu, qayınatası, bacanaqları, bibisi və dayısı uşaqları, bir sözlə, çoxlu sayda yaxın qohumu hazırda gömrük xidmətində məsul vəzifələrdə çalışır.

Onu da nəzərinizə çatdırım ki, Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini müxtəlif yollarla əldə etdiyi vəsaitlər hesabına Qusarda, Şamaxıda, Mərdəkanda villalara, Milli Onkologiya Mərkəzinin yanında supermarketə, mərasim zallarına, Gömrük Komitəsinin Hospitalının yanında diş klinikasına, Badamdar qəsəbəsində nəhəng villaya sahib olub.

Bir məqamı da vurğulamaq yerinə düşər ki, onun qayınatası Qulu Tarquliyev zamanında mərhum prezident Heydər Əliyevin əleyhinə gedən şəxslərdən biri olub. Lakin buna baxmayaraq, Qulu Tarquliyevin övladları Əli Tarquliyev, Zeynal Tarquliyev, İlham Tarquliyev məhz Səfər Mehdiyevin sayəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq bəzi məhsulları inhisara alıblar…».

Adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq.

Arqument.az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın