Ana səhifə / Gündəm / Təfəkkür Universiteti generalın necə diplom almasına aydınlıq gətirdi – MÖVQE

Təfəkkür Universiteti generalın necə diplom almasına aydınlıq gətirdi – MÖVQE

İddialara görə, Nazim Məmmədov 15 min dollara Təfəkkür Universitetinin 4-cü kursuna götürülüb

Artıq bir müddətdir Dövlət Gömrük Komitəsinin sədr müavini, general Nazim Məmmədovla bağlı çeşidli informasiyalar yayılır. Əslən Ordubaddan olan generalın bu posta necə gəlib çıxması da kifayət qədər müəmmalı olub.

JAM.AZ xəbər verir ki, general Məmmədov DGK-da işləməmişdən əvvəl baytar kimi fəaliyyət göstərib. Daha sonra məşhur generallardan birinin sürücüsü olub. Ardından da komitəyə işə düzəldilib və karyerasında yüksəlişə start verilib. Qısa müddətdə general rütbəsi alan Nazim Məmmədovun həmin generalın qulluğunda indi də dayandığı deyilir.

Amma yayılmış xəbərlərdən birində maraqlı bir məqam daha vardı. Bu məqam generalın 48 yaşında Təfəkkür Universitetinin hüquq fakultəsini bitirməsiylə bağlıdı. Sözügedən universitetin Kiyev filialının sabiq rektoru Riyad Əliyev JAM.AZ-a məlumat verib ki, Nazim Məmmədov birbaşa 4-cü kursa götürülüb. «İlham Pirməmmədov onu Müşfiq Atakişiyevin yanına göndərmişdi.  Nazim Məmmədov dövlət imtahanına belə gəlmədi. Həmin vaxt imtahanda iştirak edən Təhsil Nazirliyinin nümayəndəsi, eyni zamanda universitetin kuratoru Nəzakət Hacıyeva qeyd elədi ki, hətta attestatı olmayan olmaya, diploma alanlar var».

Qarşı tərəfi də dinləməyə hazırıq.

*****

Azinforum.az İnformasiya Portalı olaraq qeyd edirik ki, təqdim olunan yazı başqa KİV-də yayımlanıb və mövcud qanunvericiliyə görə, bizim həmin materiala istinad etmək hüququmuz var.  Daima cəmiyyətə balanslı və qərəsiz informasiya çatdırmaq siyasətini yürüdən bir KİV kimi biz qarşı tərəfi də dinləməyə hazır olduğumuzu bəyan etmişik.   Bu gün Təfəkkür Universitetinin rəhbərliyi adından saytımızın baş redaktoruna  ünvanlanan məktubu  qarşı tərəfin mövqeyi kimi təqdim edirik.

“Hörmətli baş redaktor!
Saytınızda yerləşdirdiyiniz “ Gömrük generalı diplomu necə alıb?” sərlövhəli məqalənizdə universitetimizin ünvanına deyilənlərin  heç bir əsası  yoxdur. Belə ki, arxiv sənədlərinə əsasən bildiririk ki, Məmmədov Nazim Xeyrulla oğlu 1994-cü ildə mərhum rektor Novruz Mustafayevin əmri ilə hüquq fakultəsinin qiyabi şöbəsinin I kursuna daxil olmuş və 1999-cu ildə həmin fakultəni bitirmişdir. Nazim Məmmədovun oxuduğu illərdə, yəni 1995-1999-cu illərdə isə rektor vəzifəsində mərhum Mail Dəmirli olmuşdur. Məqalədə qeyd olunan Müşfiq Atakişiyevə gəldikdə isə o, Təfəkkür Universitetinin rektoru vəzifəsinə 2002-ci ildə təyin edilmişdir.
Saytınızda qeyd olunan “Təfəkkür” Universitetinin “Kiyev filialının sabiq rektoru” kimi təqdim olunan vəzifəyə gəldikdə isə bildiririk ki, “Təfəkkür” Universitetinin nə Kiyev şəhərində, nədəki başqa şəhərlərdə heç vaxt filialı olmamışdır”.

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın