Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / “Gizli padvalda kəsib, insanları zəhərləyirlər” – Ət alarkən diqqətli olun! – VİDEO

“Gizli padvalda kəsib, insanları zəhərləyirlər” – Ət alarkən diqqətli olun! – VİDEO

Gün ərzində Tovuzun küçə və bazarlarında satış məqsədi ilə xeyli heyvan kəsilir. Kəsim prosesində gigiyenik qaydalara əməl edilib-edilməməsi isə sual altındadır. Yararsız ətlərdən qida kimi istifadə edilməsinə dair də kifayət qədər fakt var. Restoran və kafelərdə həmin ətlərdən yemək hazırlanıb satılmasının qarşısını almaq da o qədər asan iş deyil.

ARB 24 məsələ ilə bağlı maraqlı sujet hazırlayıb.

Qaydalara əsasən kəsimə aparılan heyvan əvvəlcə müayinədən keçməlidir. Sağlam heyvan kəsildikdən sonra ət satışı ilə məşğul olan mağaza və ya bazarlara çıxarıla bilər. Təəssüflər olsun ki, satıcıların özləri də satdığı məhsulun baytarlıq nəzarətindən keçib-keçməməsindən xəbərsizdir.

Sual: Həkim nəzarətindən keçib?

Satıcı: “Yəqin ki, keçmiş olar. Həkim varsa, keçib. Yoxdursa, demək ki, həkim yoxdur keçməyib”.

Satıcı: “Bu gün yox. Amma başqa vaxtlar hə. Çünki həkimlər yoxdur. Olanda edirlər”.

Qəssabların alaqaranlıqdan “hərəkətə” keçərək heyvanı necə və harada kəsdiyi bilinmir. Səhər tezdən qoyun və mal ətləri yerbəyer edilir.

Alıcı: “Gizli patvalda kəsib, leş əti gətirib camaata yedirtmək, dönərxanada millətin övladına yedirtmək, insanın qanını zəhərləmək, bu İslam dinində də zidd olan bir şeydir”.

Təəssüflər olsun ki, qəssabların qol-qanad açmasına şərait yaradanlar da var. Hər səhər formal xarakter daşıyan möhürlü kağızın verilməsi ilə işini bitmiş hesab edən baytarlıq idarəsinin əməkdaşları bundan sonra nəzarəti gücləndirəcəklərinə söz verirlər.

Heyvanların kəsilməsi və satışı zamanı sanitar normalara əməl etməyənləri isə cərimə gözləyir.

Hər halda kiloqramı 10-12 manata olan mal və quzu ətinin alıcılara 7-8 manata təklif edilməsi ucuz ətin şorbasından xəbər verir.

Ət alarkən diqqətli olun! Əks halda nəinki pulunuzdan, həm də sağlamlığınızdan ola bilərsiniz.

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın