Bazar , Yanvar 24 2021
Ana səhifə / Gündəm / “Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri Akif Əlibəyov poliuretan məhsullarına saxta sertifikat verib” – Şahid

“Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri Akif Əlibəyov poliuretan məhsullarına saxta sertifikat verib” – Şahid

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi Məlahət Ağasıyevanın ifadəsi elan olunub. İfadədə göstərilib ki, təqsirləndirilən şəxs, Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov poliuretan məhsullarına saxta sertifikat verilib: “Akif Əlibəyov mərkəzə direktor təyin olunandan sonra bizə də təzyiq göstərirdi ki, poliuretan məhsullarının texniki şərtləri nəzərə alınmadan müsbət rəy verilsin və araşdırma aparılmasın”.

A. Əlibəyov isə ifadə ilə razılaşmayıb və Məlahət Ağasıyevanın yol verdiyi nöqsanlara görə, işindən kənarlaşdırıldığını deyib: “Buna görə bu adamın ifadəsi qərəzlidir. Bizimlə düşmənçiliyi olduğunu da etiraf edib”.

Miryusif Mahmudovun vəkili məhkəmə prosesində əlavə şahidlərin dindirilməsi barədə vəsatət qaldırıb: “”Məsələn, Global Constuction” MMC-nin təhlükəsizlik məsələləri üzrə rəhbəri Arif Əliyev məhkəmədə ifadə verməlidir”.

Hakim vəsatətin müzakirəsini növbəti mərhələyə saxlayıb.

Məhkəmə prosesi noyabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Həmçinin oxuyun

Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik – necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm – bu, …

Bir cavab yazın