Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Generalın evində nələr var? – Fotolar

Generalın evində nələr var? – Fotolar

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun ev muzeyi fəaliyyətini davam etdirir.

 

Axar.az-ın əməkdaşı Lənkəranda H.Aslanovun doğulub, boya-başa çatdığı, indi muzeyinə çevrilən evində olub. Muzeyin bələdçisi general-mayorun keçdiyi həyat yolu, uşaqlığı, döyüş yolları barəsində müxbirimizə ümumi məlumat verib. Onun sözlərinə görə, hər il Lənkərana müxtəlif yerlərdən gələn qonaqlar muzeyə də təşrif buyurmağı unutmur. Onun nəvəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov da babasının ev muzeyini vaxtaşırı ziyarət edir.

 

Mədəniyyət və Turizm Nazirliyinin balansında olan H.Aslanovun evində uşaqlığını, gənclik illərini, döyüş həyatını əks etdirən şəkillər, portretlər, eksponatlar, döyüş xəritəsi var. Bir neçə otaqdan ibarət ev muzeyində H.Aslanovun hərbi geyimləri, saatı, telefonu, müxtəlif əşyaları, döyüşlərdən qalan güllələr belə qorunub saxlanır. Xalq rəssamı Toğrul Nərimanbəyovun çəkdiyi portret, bundan əlavə, döyüşlərin birində yaralanarkən xəstəxanaya yerləşdirilən H.Aslanova baş çəkən İosif Stalinlə birlikdə şəklini də muzeydə görmək olar. Qəhrəmanın həlak olarkən üzərində olan qanlı forması da muzeydə saxlanmaqdadır. H.Aslanov 1922-ci ildə Lənkəranda anadan olub. Əslən rayonun Gərmətük kəndindəndir. 35 yaşında döyüşdə həlak olub.

 

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın