Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Gündəm / GDU-dan daha bir şok rüşvət siyahısı açıqlandı – Şikayət

GDU-dan daha bir şok rüşvət siyahısı açıqlandı – Şikayət

Gəncə Dövlət Universiteti ilə bağlı qalmaqallar və şikayətlər səngimir.
Universitetdən Gunxeber.com-a daxil olan yeni məlumata görə,  GDU-nun  Fizika və texniki fənlər fakültəsində biabırçı vəziyyət o hala çatıb ki, tələbələr artıq “aylığ”a yox, “illiy”ə buraxılırlar.
Müəllimlərin bu barədə Gunxeber.com-a yazıblar:  “Yüksək pul müqabilində dekan İldırım Qasımovun “xeyir-duası  ilə” bir il dərslərdən azad olunurlar.Bu tələbələr ancaq imtahanlarda iştirak edirlər.
Fakültənin texnologiya müəllimliyi ixtısasının 4-cü kurs tələbələri Səfərova Aysel,Məmmədova Gülnaz, təsviri-incəsənət müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi  Musayeva Səbinə sentyabr ayından dərslərdə iştirak etmirlər. Test ilə keçirilən imtahanlarda isə onlar kompüterin düymələrini necə gəldi basmaqla yüksək qiymətlər alırlar.
Fakültənin 300-ə yaxın tələbəsi hal-hazırda Gəncə şəhərinin müxtəlif orta məktəblərində may ayının sonunadək pedaqoji təcrübədədirlər. Təsviri-incəsənət müəllimliyi ixtisasının 3-cü kurs tələbələri olan Yusifova Rayanı, Şabanova Rüfanəni, Quliyeva Maralı və Hüseynli Fidanı pedaqoji təcrübədə görən metodist müəllimlərə  dekan İldırım Qasımov “yüksək muştuluq” vəd edib. Lakin bu “muştuluq” heç kimə qismət olmayacaq. İldırım müəllim xam deyil ki, tələbələrdən aldığı rüşvəti “muştuluq” kimi müəllimlərə paylasın. O, adları çəkilən bu tələbələri sentyabr ayından 1500 manat müqabilində illiyə buraxıbdır(buraya iki imtahan sessiyasının pulları daxil deyil).
İldırım Qasımov nə elm xadimi, nə də Nobel mükafatçısı deyil ki, (ancaq ürəyindən yaman keçir) GDU-da ona gözün üstə qaşın var deyən yoxdur. O, olsa –olsa elektrik məişət cihazlarının təmiri ustasıdır.Görəsən GDU-da İldırım Qasımovun uzun müddət davam edən rüşvətxorluğunun qarşısını alan olacaqmı?
P.S. Növbəti məlumatımızda illikdə olan çox sayda tələbələr haqqında daha ətraflı məlumat verəcəyik.Bundan başqa İldırım Qasımovun komandasının kollekvium ballarına görə tələbələri qorxudaraq kütləvi pul yığmasından qruplar üzrə  konkret faktları göstərəcəyik.

Həmçinin oxuyun

“Nar” “COVID-19” virusu ilə mübarizə aparan həkimlərə rabitə dəstəyini davam etdirir

“Nar” koronavirus (COVID-19) infeksiyasının daha da artdığı dövrdə virusla mübarizə aparan həkimlərə növbəti dəfə rabitə …

Bir cavab yazın