Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Gündəm / Gəncəni Suriya şəhərləri ilə bağlayan səbəb – VİDEO

Gəncəni Suriya şəhərləri ilə bağlayan səbəb – VİDEO

Son dövrlər bəlli səbəblərdən şəkərli diabet xəstəliyi bir sunami və epidemiya kimi cəmiyyətin üzərinə hücum çəkməkdədir və rəsmi rəqəmlərdə dünyada 400 milyon, Azərbaycanda isə 220 min bu xəstəlikdən əziyyət çəkən adamın olduğu deyilsə də reallıqda bu statistikadan ən azı iki dəfə çox diabetli xəstənin olduğunu rəsmilər də, sadə vətəndaşlar da etiraf edir.
Amma onu da etiraf etmək lazımdır ki, ölkədə şəkərli diabetli xəstələrlə bağlı 10 il öncədən dövlət proqramı qəbul edilsə də onun icrası demək olar ki, yarıtmaz vəziyyətdə və nəinki insanların qeydə alınmasında, qeydə alınanlara şəkərsalıcı həblərin verilməsində, onların lazımı şəkərölçən ləvazimatlarla təmin edilməsində anarxiya və özbaşınalıq hallarıyla bağlı az qala hər gün bizə müraciətlər olur.
Onu da etiraf etmək lazım ki, Bakıda bu istiqamətdə nisbətən vəziyyət düzəlməyə doğrudur, amma əyalətlərdəki durumun acınacaqlı olduğunu indi sizə təqdim edəcəyimiz video – fotomaterialdan da görə biləcəksiniz. Həmin materialı xəstəxanaya ziyarətindən şoka düşən olan bir dibaetli xəstə göndərib…
Özü də əyalət deyərkən biz hansısa gözdən – könüldən uzaq bir rayonu deyil, ölkənin ikinci paytaxtını – Gəncəni təqdim edəcəyik…
Gəncə Şəhər Endokrinoloji Xəstəxanadakı mövcud durum Suriyanın bombalanmış hansısa xəstəxanasını xatırladır. Sanki son on ildə ölkəyə gələn neft milyardlarından bu səhiyyə ocağına qara qəpik də pay düşməyib. Üstəlik, hətta daxili imkanlar hesabına da nəsə edilməyib. Ona görə də gəlib buranı görən sağlam adam da hirsindən şəkər xəstəliyi taparaq bir daha ora ayaq basmır.
Xəstəxanada cərrahiyyə şöbəsi də fəaliyyət göstərir, əgər ona fəaliyyət göstərmək demək olarsa. Amma içəri girəndə adamı vahimə basır. Amma buradakı acınacaqlı vəziyyət sanki həkim Hacıyev Nəzər Həmid oğlunun vecinə deyil. Elə ona görə də xəstəxana palatalarının qapısından qıfıllar asılıb, kimsə həyatını burada riskə qoymaq istəmir.
Xatırladaq ki, Gəncə şəhər səhiyyə idarəsinin müdiri, tibb elmləri doktoru Əlikram Məmmədovdur və ümid edirik ki, ölkədə maliyyə böhranı yaşansa da hətta daxili imkanlar hesabına olsa belə həmin xəstəxanadakı mövcud durumun aradan qaldırılmasına çalışan tapılacaq…
Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)

Həmçinin oxuyun

“Füzuli Məmmədov Ramil Səfərovun müdafiəsinə 2 milyon dollar ayıracağını vəd etdi, amma…”

Ramil Səfərovun müdafiəsi ilə bağlı proseslərdə indiyə qədər yayılmayan informasiyaları sosial şəbəkə istifadəçiləri ilə paylaşan …

Bir cavab yazın