Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Gəncədən rektor təcili nazirliyə dəvət edildi

Gəncədən rektor təcili nazirliyə dəvət edildi

Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Texnalogiya Universiteti yaxın zamanlarda fəaliyyətini dayandıracaq.

Bu barədə dosye.az- a etibarlı mənbə məlumat verib. Xatırladaq ki, ölkə mətbuatında zaman-zaman sözügedən ali təhsil ocağı və rəhbərliyi haqda rüsvayedici məlumatlar yayımlandı. Məlumatların haradan qaynağlandığı rektoru olduqca narahat edirdi. Nəzərinizə çatdıraq ki, Azərbaycan Texnologiya Universitetin rektoru Akif Süleymanov bir müddət öncə məsuliyyətdən yayınmaq üçün qardaş ölkəyə yola düşmüşdür. Sonradan məlum oldu ki, A. Süleymanov müalicə adı altında Türkiyədə günlərini sayacaq.

Əlbətdə ki, rektorun korrupsiya əməlləri məxfi şəkildə gizlədildi. Universitetin daxilindən sızan məlumatlarda bildirilirdi ki, artıq rektor törədən cinayət əməllərinə görə məsüliyyətə cəlb ediləcək. Lakin əfsüslər olsun ki, Təhsil Naziri Mikayıl Cabbarov ona edilən maşın “hədiyyəsini” qiymətləndirərək Akif Süleymanovu müdafiə edə bildi.

Digər tərəfdən ali təhsil ocağında yaşanan rektor-katibə “cütlüyü” Gəncə şəhərində nifrətlə qarşılandı. Hətda buna etiraz edən müəllim və tələbə kollektivi hədələndi, onları susmağa vadar edildi. Nəfsinin qurbanı olan Akif Süleymanov mənbə axtarışına satart verdi. Əldə etdiyimiz məlumatlara görə, rektor təcili katibəsini işdən azad etdi. Bu barədə dosye.az saytında kifayət qədər məlumatlar dərc etmişik.

Dosye.az-ın bu gün əldə etdiyi məlumat ondan ibarətdir ki, Texnalogiya Universitetin rektoru Akif Süleymanov təcili nazirliyə dəvət edilib. Mənbə iddia edir ki, A. Süleymanovun nazirliyə gəlişi heç də xoşməramlı deyil. Məlumatın reallığı ondan ibarətdir ki, nazirliyə 90 LL 123 dövlət nişanlı LEKSUS markalı maşınla gələn A. Süleymanov əməkdaşımızın kamerasindan vaz keçməyib.Əslində, rektorun güvəndiyi şəxs elə məhz Mikayıl Cabbarovdur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın