Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Gündəm / Gəncədə daha hansı başçı güllələnib?

Gəncədə daha hansı başçı güllələnib?

“Elmar Vəliyev Gəncədə gülələnən ilk icra başçısı deyil. 1993 -cü ildə Gəncənin icra başçısı olan Hacı Vaqif öz xidməti kabinetində qətlə yetirilib”.   Bu  fikrləri öz Feysbuk hesabında jurnalist Məhəmmədəli Qəribli yazıb.  Jurnalist həmin hadisənin törənməsini belə təsfir edir: “Gəncədə kriminal avtoritet kimi tanınan “Zobik” başçının kabinetinə daxil olub və Hacı Vaqifə deyib ki, onun istədiyi adamları vəzifəyə təyin etsin. Hacı Vaqif də bildirib ki, heç kimə özbaşına vəzifə verə bilməz. “Zobik” də bundan əsəbiləşib Hacı Vaqifə bir sillə vurub. Hacı Vaqif də şəxsiyyətli adam olduğundan tapançanı çıxarıb “Zobik”in düz alnından güllə ilə atıb. Orada olan “Zobik”in cangüdəni avtomatla yanında olan adamların hamısına atəş açır. Hətta güllə qapını dəlib Hacı Vaqifin mühafizəçisinin baldırına dəymişdi.
Daha sonra Hacı Vaqifi və onun müavinini öldürəni tutdular, məhkəməsi oldu və ona 15 il iş verdilər”.
Criminal.az saytı əlavə edir ki, Hacı Vaqif kimi məhşur olan icra başçısı Vaqif Vəliyevdir. O, 1940- cı ildə Gəncədə doğulub. Sonra Özbəkistana getmiş Hacı Vaqif Özbəkistandakı azərbaycanlılar arasında xeyriyyəçi kimi tanınıb. Vaqif Süleyman oğlu Vəliyev 16 iyun 1993-cü ildən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olub. O, çox qısa müddətdə Gəncə şəhərinin icra başçısı olub və vəzifədə olduğu müddətdə Gəncə şəhərindəki İmamzadəni təmir etdirib, qısa müddətdə Gəncə əhalisinin böyük rəğbətini qazanıb. Hacı Vaqif 1993-cü il iyunun 24-də Gəncə şəhər İcra Hakimiyyətində iş otağında güllələnərək qətlə yetirilib.

Həmçinin oxuyun

Prezident Şahin Mustafayevi Baş Nazirin müavini təyin etdi

Prezident İlham Əliyev Şahin Mustafayevlə bağlı sərəncam verib. “Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Şahin …