Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Gəncə xəstəxanasında dünyasını dəyişən qızın ölüm anının görüntüləri yayılıb

Gəncə xəstəxanasında dünyasını dəyişən qızın ölüm anının görüntüləri yayılıb

Gəncə şəhərində yerləşən “Yeni Gəncə” tibb mərkəzində 17 yaşlı qızın cərrahiyyə əməliyyatı zamanı ölüm anını əks etdirən videogörüntülər yayılıb.

“Report” tibb mərkəzinin müşahidə kamerasına düşmüş həmin görüntüləri təqdim edib. Görüntülərdə qıza ürək masajı edildiyi, daha sonra oksigen verdildiyi görünür.

Xatırladaq ki, Gəncə şəhər sakini 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb. Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın