Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Gündəm / Fransada “O səs”ə qatılan azərbaycanlı niyə saxlanıldı?

Fransada “O səs”ə qatılan azərbaycanlı niyə saxlanıldı?

Fransanın TF1 telekanalında yayımlanan “The Voice” (“O səs”) şousundakı çıxışı ilə -məşhur olan azərbaycanlı musiqiçi Araz Hümbətli Tuluzada yerli polis tərəfindən saxlanılıb.

” Azinforum.az ” AzVision.az-a istinadən xəbər verir ki, Araz Hümbətli küçədə mahnı oxuduğu üçün tutulub. O, polis tərəfindən dindirildikdən sonra sərbəxt buraxılıb.

“Tuluza küçələrində tez-tez mahnılar oxuyurdum. Buna görə polis məni saxlayaraq bölməyə apardı. Xoşbəxtlikdən Tuluzanın polisləri mənə hörmət edib, azadlığa buraxdı. Onlar gözəl mahnı ifa etdiyimi, lakin küçədə mahnı oxumağın qadağan olduğunu dedilər”.

A.Hümbətli Fransaya köçməsi ilə bağlı çox saylı suallara da cavab verib: “Mən Azərbaycandan Fransaya sevgimə görə gəlmişəm. Üç il əvvəl Bakıda işləyən fransız xanım Pieraya aşiq oldum. Biz ailə həyatı qurduq və Parisə köçdük. Lakin ora olduqca soyuq idi. Mən təsadüfən “Google Maps”də Fransanın cənubunda yerləşən şəhərlərə baxdım. Tuluza küçələrini, kərpicdən olan binaları görəndə burada yaşamaq qərarına gəldim. Biz 20 ay əvvəl bu şəhərə köçmüşük və Krua-de Pyer rayonunda yaşayırıq. Tuluza mənim üçün sevgi şəhəridir”.

Həmçinin oxuyun

Qarabağ müharibəsi və FETÖ-nun Azərbaycanda son çırpıntıları…

Azərbaycan-Türkiyə münasibətlərinin ən pik inkişaf nöqtəsinə çatması böyük tarixi zərurət idi. İki ölkə arasındakı bu …

Bir cavab yazın