Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Gündəm / FHN-ndə çalışan məmur oğlunun bahalı maşın kolleksiyası – FOTOLAR

FHN-ndə çalışan məmur oğlunun bahalı maşın kolleksiyası – FOTOLAR

Son vaxtlar az qala hər gün hansısa yüksəkçinli məmur və ya övladlarının dəbdəbəli həyat tərzi haqqında mətbuatda yazılar dərc olunur. Qaynar.info xəbər verir ki, bir çox hallarda məmur övladları dəyəri milyonları keçən avtomobil kolleksiyalarına sahibdir.

Ölkə başçısının son vaxtlar bu kimi məmurlara və övladlarına yönəlik sərt tənqidlərindən də görünür hələ bir çoxları nəticə çıxarmağa tələsmir.

Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, belə məmurlardan biri də Fövqəladə Hallar Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin zabiti Rəşad Əliyevdir. Onun atası isə FHN-nin Yanğın Nəzarəti Xidmətinin rəisi, general-mayor İsrail Əliyevdir. Məlumata görə, İsrail Əliyev əvvəllər MTN-də, Dövlət Gömrük Komitəsində və BMT-nin Azərbaycan nümayandəliyində işləyib.

Onun oğlu Rəşad Əliyev geniş biznes şəbəkəsinə malik olmaqla yanaşı, həm də bahalı avtomobilləri və onların bahalı nömrələri ilə tanınır. Hazırda onun 002 seriyalı «BMW» «Galendegwagen» və «Mercedes» markalı bahalı avtomobil kolleksiyası var.

Bir müddət əvvəl bir uşağın karuseldən yıxılıb öldüyü və Bakı-Şamaxı yolunda yerləşən «Qobulənd» istirahət-əyləncə mərkəzinin də Rəşad Əliyevə məxsus olduğu bildirilir.






Həmçinin oxuyun

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, …

Bir cavab yazın