Cümə , Sentyabr 21 2018
Ana səhifə / Gündəm / FETÖ-nün “Azərbaycan kassası” həbs olundu – FOTO

FETÖ-nün “Azərbaycan kassası” həbs olundu – FOTO

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı Azərbaycanda və Ukraynada FETÖ-yə qarşı əməliyyat keçirib. “Hurriyet”in yaydığı məlumata görə, FETÖ üzvlərindən olan İsa Özdəmir Azərbaycanda, Saleh Zəki Yiğit isə Ukraynada saxlanaraq dünən xüsusi təyyarə ilə İstanbula aparılıb.

Məlumata görə, 1997-ci ildə Bakı Dövlət Universitetini bitirən Özdəmir təşkilatın “Azərbaycan kassası” kimi fəaliyyət göstərib. O, inşaat sektorunda “Avro 2000” firmasının sahibi kimi FETÖ-nün çirkli pullarının yuyulmasını həyata keçirib.

Həmçinin oxuyun

22 saylı məktəbdə biabırçılıq: direktor xanıma biədəb söz dedi… – Video

Sabunçu rayonundakı 22 nömrəli məktəbin direktoru Azər Ələkbərovun valideynlərə əxlaqsız təkliflər etdiyi iddia olunub. Bu …