Ana səhifə / Gündəm / Federasiya prezidentinin telefonu dinlənilib – Ortaya nə çıxdı?

Federasiya prezidentinin telefonu dinlənilib – Ortaya nə çıxdı?

Ləğv edilmiş MTN-nin generalı Elçin Quliyev və müavini, polkovnik Azər Mehdiyevin ittiham olunduğu cinayətlərdən biri də iş adamları, vəzifəli şəxslər və sıravi vətəndaşların telefon danışıqlarının qanunsuz dinlənilməsidir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, əksər nüfuzlu şəxsləri MTN-nin generalları Sübahir Qurbanov, Teymur Quliyev və Natəvan Mirvətovanın dinlədiyi qeyd olunsa da, bu dəstənin də bir neçə adamı qanunsuz dinlədiyi bəlli olub.

Onlardan biri də iş adamı, Azərbaycan Alpinizm Federasiyasının prezidenti Məmməd Abbasbəylidir. M.Abbasbəylinin iki telefon nömrəsi 2015-ci ilin aprel ayından dinləmə aparatına qoşulub.

İstintaqa zərərçəkmiş kimi ifadə verən federasiya prezidenti qeyd edib ki, həmçinin Azərbaycanda fəaliyyət göstərən biznes strukturları ilə müqavilə əsasında investisiya və idarəetmə sahəsində əməkdaşlıq edən “Prime Group” İnvestisiya və İdarəetmə şirkətinin təsisçisi və sədridir.

M.Abbasbəyli uzun müddət dinlənilsə də, heç vaxt MTN-ə çağırılmadığını deyib.

Digər dinlənilən iş adamı isə “Dəmir Yol Tikinti” MMC-nin təsisçisi Allahverdi Dəmirov olub. A.Dəmirov bundan öncə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi olub. Mediada onun idarədəki yeyintilərə görə 2011-ci ildə vəzifədən çıxarıldığı haqda bir neçə dəfə məlumat dərc olunub. A.Dəmirovun keçmiş təhsil naziri Misir Mərdanovun xalası oğlu olduğu qeyd edilib. Onun telefon nömrələri 2015-ci ilin sentyabr ayından izlənilib. İctimaiyyətə yaxşı tanış olan A.Dəmirov qalmaqallı “Texnikabank”da 4,9 faizlik paya sahib olub.

Bir ay sonra isə iş adamı nazirliyə aparılıb. O ifadəsində deyib ki, oktyabrın 6-da “Amore” restoranında olduğu vaxt 3 nəfər MTN əməkdaşı yaxınlaşaraq onlarla getməyi təklif nediblər: “Məni özlərinin “Tofaş” markalı maşınlarına oturtdurlar, bir əməkdaşları isə mənim 10 AA 335 nömrəli “BMW” markalı maşınımı sürdü. Məni nazirliyin binasında 2-ci mərtəbəki otaqların birində saxladılar. Masanın üzərində ATM sədri Elçin Quliyevin imzası ilə məktub vardı. Tanımadığım iki nəfər məni hədələyərək Gürcüstana qeyri-qanuni yollarla pul apardığımı, oradan silah alıb ölkəyə gətirdiyimi və seçkiqabağı münaqişə törətmək istədiyimi deyərək məni həbs edəcəklərini bildirdilər. Mən isə dövlətçiliyimizin müdafiəsində olduğumu deyib, bu qanunsuzluqlar barədə ən yüksək səviyyədə şikayətçi olacağımı bildirdim. Bu məmzunda 4 saat söhbət etdik, axşam saat 20 radələrində məni buraxdılar”.

A.Dəmirov qeyd edib ki, MTN-də ondan heç bir pul tələb edilməyib.

Generalın dəstəsinin qanunsuz izlədiyi şəxslərdən biri də Bakı Beynəlxalq Hava Limanında “VİP” xidmət şöbəsində işləyən Natalya Knışovadır. O bundan öncə 5 il “Azaltur”un Suriyadakı nümayəndəsi kimi işləyib. Knışova son illərdə rəsmi olaraq işsiz olsa da, Dubayda mənzillərin dizaynı ilə məşğul olub. Dubaya bzineslə bağlı, Moskvaya ailəsini görmək üçün, Türkiyə, İtaliya, Paris, Romaya isə turist kimi getdiyini deyib və heç vaxt MTN-ə çağırılmadığını bildirib.

MTN generalı isə N.Knışovanın xarici ölkələrdən Azərbaycana daimi olaraq qızıl-brilyant mallarını qaçaq yolla gətirməsindən şübhələnib. E.Quliyevin tapşırığı ilə onun telefon danışıqları dinlənilib. Lakin şübhələr özünü doğrultmadığı üçün onunla bağlı araşdırmalar dayandırılıb.

Qeyd edək ki, bütün dinləmələr məhkəmə qərarı olmadan həyata keçirilib.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın