Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Gündəm / Fazil Ələkbərov medal qazanan idmançıları mükafatlandırdı

Fazil Ələkbərov medal qazanan idmançıları mükafatlandırdı

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

Azinforum.az naxcivantv.az-a istinadən  xəbər verir ki, federasiyanın sədri Fazil Ələkbərov qeyd edib ki, idman sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir ki, bu gün muxtar respublikamız mötəbər turnirlərin, beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevirilib, bir çox naxçıvanlı gənc bu turnirlərdə yüksək nəticələr əldə edib.

Fazil Ələkbərov medal qazanan idmançıları mükafatlandırdı

Fazil Ələkbərov vurğulayıb ki, Karete-do federasiyasının tərkibində hazırda 12 məşqçinin rəhbərliyi altında 17 karate bölməsi fəaliyyət göstərir. Bu gün muxtar respublikada karate ilə 500 nəfərədək uşaq, yeniyetmə və gənc məşğul olur ki, onların da 60 nəfəri qız idmançılardır. Həmçinin ötən il 10 nəfər qız idmançı respublika və beynəlxalq səviyyəli turnirlərdə iştirak edib ki, onlardan da 6 nəfəri qalib olub.

Qeyd olunub ki, 2017-ci il ərzində Karate-do federasiyasının idmançıları ümumilikdə 52 medal qazanıb. Onlardan 18-i beynəlxalq, 34-ü isə ölkədaxili yarışlarda əldə edilib.

Federasiyanın sədr müavini Nəriman Quliyev 2017-ci ildə görülən işlər barədə məlumat verərək bildirib ki, ötən il federasiya ümumilikdə 26 tədbir keçirib. Həmçinin federasiyanın 50 idmançısı kəmər imtahanlarına qatılıb, bunlardan da 31-i küy, 1 nəfər isə qara kəmərə layiq görülüb.

Sonda vurğulanıb ki, Karate-do federasiyası bundan sonra da qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində əzmlə çalışacaq, istedadlı idmançıların yetişdirilməsində səy və bacarığını əsirgəməyəcək.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov vurğulayıb ki, ötən il nazirlik və Karate-do Federasiyasının birgə  fəaliyyəti kifayət qədər uğurlu olub. Federasiya idmançılarının ötənilki nəticələri, qazanılan beynəlxalqmiqyaslı uğurlar, idmanın bu növünün Naxçıvandakı inkşafının əsas göstəricisidir. Bu uğurlar sırasında  federasiya idmançılarının Bakı şəhərində keçirilən dünya kubokunda göstərdiyi nəticələr xüsusi diqqətə layiqdir. Bununla yanaşı, ötən il karate-do üzrə kütləviliyin artırılması və yeni istedadlı gənclərin üzə çıxarılması məqsədilə nazirliyin yerli idarələri və federasiyanın müvafiq bölmələri tərəfindən çoxsaylı idman yarışları təşkil olub, qalib idmançıların daha yüksək səviyyəli idman yarışlarında iştirakı təmin edilib.

Azad Cabbarov bildirib ki, bütün bu görülən işlər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Nazirlik idman federasiyaları ilə birgə, dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulmuş tələb və tapşırıqları 2018-ci ildə də uğurla icra etməyə çalışacaqdır.

Sonda federasiyanın sədri Fazil Ələkbərov ötən il ölkə və beynəlxalqmiqyaslı yarışlarda medal qazanan 5 idmançıya qiymətli hədiyyələr təqdim edib.

İclas 2018-ci ildə görüləcək işlərin müzakirəsi ilə yekunlaşıb.

 

Fazil Ələkbərov medal qazanan idmançıları mükafatlandırdı

 

Həmçinin oxuyun

Siyavuş Novruzov Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırdı

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri …