Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / Gündəm / FƏDAYƏ LAÇININ BİRGƏ QAÇDIĞI MƏHBUSLA FOTOSU

FƏDAYƏ LAÇININ BİRGƏ QAÇDIĞI MƏHBUSLA FOTOSU

Xəbər verildiyi kimi, bu gün müğənni Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilərək barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Belə ki, oktyabrın 23-də Bakı- Astara – Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir. Müğənni isə yaçan məhbuslardan “Qoca” ləqəbli Etibar Məmmədovun yanında olub. Belə ki, “Qoca” ləqəbli kriminal avtoritet oktyabrın 23-də qatardan qaçdıqdan sonra Ağstafaya gedib və Ağstafa ərazisindən keçərək qeyri-qanuni yolla ölkədən qaçmaq istəyib. Bu məqsədlə “Qoca” Ağstafa rayonunun Poylu qəsəbəsinə gəlib. O, “Opel” markalı taksi ilə qəsəbəyə gələn zaman maşında bir nəfər qadın da olub. Gecə saatlarında Qəsəbədə Kür çayının üzərində yerləşən körpüdən keçən zaman polis əməkdaşları tərəfindən maşın saxlanılıb. Polis əməkdaşları taksi sürücüsünün sənədlərini yoxladıqdan sonra sərnişinlərdən birinin özünü şübhəli apardığını görüblər. Bu zaman polis əməkdaşları “Qoca”dan sənədlərini istəyiblər.
Bu vaxt taksi sürücüsü maşını sürətlə əks istiqamətə sürərək hadisə yerindən qaçıb. Polis əməkdaşları sürücü və qadını saxlasalar da, “Qoca” meşəlik əraziyə qaçaraq izini itirib. Sürücü və qadın həmin gün Bakıya gətirilib. Sonradan məlum olub ki, həmin qadın müğənni Fədayə Laçındır.
«Təzadlar» Fədayə Laçının «Qoca» ilə yaxın münasibətlərini əks etdirən fotonu əldə edib. Elə buradan görünür ki, onlar olduqca sıx yaxın münasibətdə olublar…

Həmçinin oxuyun

Təbrizdə naümid qalan ata və Bakıda yol gözləyən qızının faciəsi: Miqrasiya Xidməti onları niyə ayrı salıb?

Sizə Təbrilzi bir ata ilə onun 5 yaşlı uşağının üzləşdiyi problemdən yazacam. Bir xeyli müddətdir …