Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Evlənib tez də boşananların sayı artıb

Evlənib tez də boşananların sayı artıb

Azərbaycanda boşananlar arasında nikahı 5 ilə qədər davam edənlər çoxluq təşkil edib.

“ Azinforum.az ” Trend-ə istinadən xəbər verir ki, 2016-cı il ərzində Azərbaycanda 13114 boşanma qeydə alinib. Boşananlarının 4869-nun nikahı 5 ilə qədər, 3668-nin nikahı 5-9 il, 2806-nın nikahı 10-19 il, 1771-nin nikahı 20 il və çox davam edib.

Boşanmalar daha çox 30-34 yaşlı kişilər, 25-29 yaşlı qadınlar arasında qeydə alınır.

Ötən il boşanan kişilərin 2-sinin yaşı 18, 6-sının yaşı 19 olub. Qadınlara gəldikdə, ötən il 18 yaşında boşanan qadınların sayı 39, 19 yaşında boşanan qadınların sayı 132 nəfər olub.

Ümumilikdə, 2016-cı ildə boşanan kişilərin 627-si 20-24 yaşlı, 2725-i 25-29 yaşlı, 3198-i 30-34, 2288-i 35-39 yaşlı, 1436-ı 40-44 yaşlı, 1140-ı 45-49 yaşlı, 746-sı 50-54 yaşlı, 448-i 55-59 yaşlı, 373-ü 60 və yuxarı yaşlı olub.

Nikah vəziyyəti 5 ilədək davam edərək boşanan kişilər arasında 25-29 yaşlılar üstünlük təşkil edib. Ötən il 1902 nəfər 25-29 yaşlı kişi 5 ilədək davam edən nikahına son qoyub.

5-9 illik nikahlarından sonra boşanan kişilər arasında isə 30-34 yaşlılar çoxluq təşkil edib. Ötən il bu yaşda olan 1450 kişi boşanıb.

Nikahları 10-19 il davam etdikdən sonra boşanan kişilər arasında 35-39 yaşlılar çox olub. 2016-cı ildə 967 nəfər 35-39 yaşlı kişi boşanıb.

Nikahları 20 il və daha çox davam edən kişilər arasında isə 45-49 yaşlılar üstünlük təşkl edib. Keçən il 490 kişi 20 il və daha çox davam edən nikahına son qoyub.

Ümumilikdə, 2016-cı ildə boşanan 13114 qadının 39-u 18 yaşlı, 132-si 19 yaşlı, 2348 nəfəri 20-24 yaşlı, 3453 nəfəri 25-29 yaşlı, 2612 nəfəri 30-34 yaşlı, 1614 nəfəri 35-39 yaşlı, 1095 nəfəri 40-44 yaşlı, 781 nəfəri 45-49 yaşlı, 503 nəfəri 50-54 yaşlı, 286 nəfəri 55-59 yaşlı, 173-ü 60 və yuxarı yaşda olanlardır.

Nikah vəziyyəti 5 ilədək davam edərək boşanan qadınlar arasında 20-24 yaşlılar üstünlük təşkil edib. Ötən il 11916 nəfər 20-24 yaşlı qadın 5 ilədək davam edən nikahını ləğv etdirib.

Nikahları 5-9 il davam edən qadınlar arasında isə 25-29 yaşlılar çoxluq təşkil edib. Ötən il bu yaşda olan 1644 qadın boşanıb.

Nikahları 10-19 il davam edən qadınlar arasında isə 30-34 yaşlılar çox olub. 2016-cı ildə 1014 nəfər 35-39 yaşlı qadın boşanıb.

Nikahları 20 il və daha çox davam edən qadınlar arasında isə 45-49 yaşlılar üstünlük təşkl edib. Keçən il 497 qadın 20 il və daha çox davam edən nikahına son qoyub.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın