Ana səhifə / Gündəm / Etibar Tağıyev İmişli əhalisini içməli su ilə sınağa çəkir – Özbaşınalıq

Etibar Tağıyev İmişli əhalisini içməli su ilə sınağa çəkir – Özbaşınalıq

İmişli rayonunda əhaliyə verilən içməli sulardan mənşəyi bəlli olmayan qoxu gəlir.

Avropa.info xəbər verir ki, 2012-ci ilə kimi İmişli rayon əhalisi içməli su üçün Bəhrəmtəpə qəsəbəsində qazılmış dörd subartezianından istifafə edirdi. Uzun müddət istismar olunan subartezianların su ehtiyatlarının keyfiyyətinin getdikcə aşağı düşməsi və qrunt sularının qarışması ilə duzlaşması nəticəsində İmişli rayon əhalisi yenidən içməli su problemi yaşayıb. Bundan sonra, İmişli Rayon su anbarları kompleksi yaradılıb. İmişli əhalisinə keyfiyyətli və təhlükəsiz içməli suyun verilməsi üçün prezident İlham Əliyev göstəriş verib.

Rayon sakinlərinin Avropa.info-ya verdiyi məlumatda isə içməli sudan pis qoxunun gəlməsinə görə, İmişli Sukanal İdarəsinin rəisi Etibar Tağıyev ittiham edilir.

Məlumata görə, Etibar Tağıyev İmişli əhalisinə verilən içməli suyun, məsələn ümumi sayğacdan bir günə 300 kubmetr suyu su anbarına buraxırsa oraya 700 kubmetr suyu da “istismar” olunub, qrunt sularının qarışması ilə duzlaşan Bəhrəmtəpə subartezianından buraxır. Hal-hazırda İmişlidə əhaliyə verilən “keyfiyyətli” içməli suyun kubmetr qiyməti 25 qəpikdir.

Belə olduğu halda Etibar Tağıyev əhaliyə içməsi üçün verdiyi “keyfiyyətli” sudan hər ay orta hesabla 10000-15000 manat arası pul qazanır.

Qeyd edək ki, bir neçə ay öncə İmişli Sukanal İdarəsini yoxlamaq üçün, İmişli icra hakimiyyəti tərəfindən komissiya yaradılsa da araşdırma yarımçıq qalıb.

Saleh Qafarlı 

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın