Çərşənbə axşamı , Mart 26 2019
Ana səhifə / Gündəm / Etibar Pirverdiyevin qızı sabiq nazir oğlu ilə şirkət açdı

Etibar Pirverdiyevin qızı sabiq nazir oğlu ilə şirkət açdı

Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasov Londonda daha bir şirkət açıb.

Yenicag.az-ın məlumatına görə, Eldar Abbasovun biznes şəriki onun həyat yoldaşı, “Azərenerji”nin keçmiş rəhbəri Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyevadır.

Hər iki məmurun – Əli Abbasovun və Etibar Pirverdiyevin övladları Londonda meyvə-tərəvəzin topdansatışı ilə də məşğuldurlar.

INFIPRO LIMITED şirkəti hələ ötən il aprelin 21-də Londonda qeydiyyatdan keçirilib və 10735266 saylı lisenziya alıb.

Rəsmi qeydiyyat ünvanı kimi Eldar Abbasova məxsus BİTTOP şirkətinin adresi göstərilib: 40 Bloomsbury Way, London, United Kingdom, WC1A 2SE.

Şirkətin nizamnamə kapitalı 100 funt sterlinq məbləğindədir. Qeyd edək ki, BİTTOP şirkəti tamam fərqli profildə, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir.

Həmçinin oxuyun

“Cırtdan”da tədris alan körpələr “Arşın mal alan”ı səhnələşdirdi – Video

Azinforum.az xəbər verir ki, bütün milli və digər bayramların, əlamətdar günlərin keçirilməsinə böyük önəm verən …