Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Ermənilər Laçında – Həkəri çayı sahilində yeni “erməni kilsəsi” tapdılar… – FOTO

Ermənilər Laçında – Həkəri çayı sahilində yeni “erməni kilsəsi” tapdılar… – FOTO

Azərbaycan tarixçi və arxeoloqlarının buna tutarlı cavabı gərəkdir…

İşğalçı ermənilər bu günlərdə 25-ci “qara yubileyi” qeyd ediləcək Laçın rayonundakı məşhur Həkəri çayı ətrafında yeni “abidələr” “aşkar” ediblər.
Moderator.az bu haqda “Armenpress”ə istinadla xəbər verir.
Saxta “erməni abidəsi” qeyri-qanuni olaraq  Azərbaycan ərazilərnə daxil olmuş İrəvan Dövlət Universitetinin və Ermənişünaslıq İnstitutunun laboratoriyasının təşkil etdiyi birgə “arxeoloji ekspediya”nın üzvləri tərəfndən tapılıb.  Guya bu “arxeoloqlar” Laçının Güləbird kəndi yaxınlığında, Ermənistanın Sünik rayonunun Gorundzur kəndindən 3,2 km cənub-şərqdə, Qamış dərəsi deyilən kimsəsiz yerdə(koordinatları:39 32 08,5 N. 46 33 10,2 E. Alt.1000 м) “qədim erməni qaya kilsələri”ndən birini tapıblar.
Saxtakar “alimlər” iddia edirlər ki, mağara kimi yonulmuş bu “kilsə”guya XIV-XV əsrlərə aiddir. Guya “XVIII əsrdə ermənilər bu yerləri tərk etməyə məcbur olub və buralarda müsəlmanlar məskunlaşıblar”…”Arxeoloqlar”a abidənin yerini Gorundzur kənd sakini Andranik Ayrapetyan söyləyib…
P.S.  Ermənilərin bu növbəti “tapıntı”sına, Azərbaycanın tarixçi və alimlərinin tutarlı cavabı gərəkdir… Laçının işğalının 25-ci ildönümü ərəfəsində erməni “arxeoloqlar”ın Həkəri sahilində belə tapıntılar etməsi təsadüfi deyil. Bu, beynəlxalq ictimaiyyətin gözündə bu torpaqların guya tarixən ermənilərə məxsus olduğunu təsdiqləməyə növbəti cəhddir…
P.S.S. Uşaqlıqdan yadımızdadır ki, Laçın-Qubadlı və Laçın-Şuşa yollarının kənarlarında ata-babalarımızın “kahalar” adlandırdığı mağaralar var idi. Böyüklərimiz deyərdi ki, həmin kahalarda XIX əsrdə Çar Rusiyası tərəfindən Azərbaycan torpaqlarına köçürülmüş  və Azərbaycan bəylərinə nökərçilik edib onların mal-qaralarını saxlayan ermənilər yaşayırmışlar. Qondarma “erməni abidəsinin”  tapıldığı ərazidən cəmi 5-10 km məsafədə məktəbli ikən kolxoz üçün keçirdiyimiz iməciliklər zamanı torpağın altından üzərində ərəb dilində yazılar olan daşlar və qoç heykəlləri tapardıq. Onların çoxu Laçının Tarix muzeyində saxlanılırdı. Güləbird kəndi yaxınlığındakı Cicimli kəndində qədim məscid, Malxələf kəndində “Xəlifə qəbri” deyilən tarixi abidə, bir az aralıda isə “Ərəb” adlı kənd vardı. Və məlumdur ki, ərəblər bu Azərbaycan ərazilərinə XVIII əsrdə deyil, hələ VIII-IX əsrlərdə gəliblər… Hələ sovet tarixçilərinin də yazdığına görə, bu yerlərdəki kilsələr isə sonradan əksəriyyəti müsəlmanlığı qəbul etmiş  türk alban tayfalarına məxsus olub…

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın