Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Erməni diasporu niyə Rövnəq Abdullayevə qarşı hücuma keçib?

Erməni diasporu niyə Rövnəq Abdullayevə qarşı hücuma keçib?

Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın futbol üzrə Avropa çempionatındakı reklamı Avropadakı, xüsusən də Fransadakı erməni diasporu və lobbisinin yuxusuna haram qatıb.

Xatırladaq ki, ölkəmizin ən böyük şirkəti 2013-cü ildə Avro-2016-ya sponsor dəstəyi barədə UEFA ilə müqavilə bağlayıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin dediyi kimi, bu müqaviləyə uyğun olaraq bizim şirkət futbol üzrə UEFA-nın təşkil etdiyi milli komandaların yarışlarının, eləcə də bir aya yaxındır davam edən Avropa çempionatının və onun seçmə oyunlarının, o cümlədən Dünya çempionatı 2018-in seçmə oyunlarının rəsmi tərəfdaşı, həmçinin yeniyetmələr arasında (U-17) Avropa birinciliyinin tərəfdaşı olub.

Bəli, Azərbaycan Dövlət Neft Şirkəti UEFA-nın rəsmi tərəfdaşı və Avro-2016-nın sponsorudur. Avropa çempionatının seçmə turnirləri keçirilərkən bizim dövlət şirkətinin reklamı Köhnə Dünyanın, demək olar, bütün stadionlarında nümayiş olunub.

İndi isə bir aya yaxındır ki, biz onu Fransanın meydanlarında görürük.

Bu mənada, təbii ki, erməniləri və onların Avropadakı himayədarlarını anlamaq olar. Çünki onların əsəbləri üçün bunu, hər gün hər yerdə “Azərbaycan” sözünü görmək böyük əzab və əsəb sınağıdır. Erməni millətinin nümayəndələrini ən çox o əsəbiləşdirir ki, sloqanda nifrət oyadan ölkənin adı çəkilir, ARDNŞ adı və Azərbaycan bayrağının rəngləri ilə bəzədilmiş banneri nümayiş olunur. Və ən əsası – artıq o ölkəni futbol meydanından və televiziyadan oyunları müşahidə edən bütün dünya görür və tanıyır.

Buna görə də heç təəccüblü deyil ki, ermənilər sosial şəbəkələrdə STOPSOCAR haştaqı altında (https://www.facebook.com/stopsocar/,https://twitter.com/stopsocar) Azərbaycana və SOCAR-a qarşı kampaniyaya başlayıblar və onu terrorçularla əlaqəyə malik olan və ya terrorizmə sponsorluq edəni şirkət kimi təqdim etməyə çalışırlar. Avropalılar, əlbəttə, bütün bu erməni hay-həşirinə tamamilə laqeyddirlər, amma “ən çox əzab görmüş xalq” kimi ermənilər Azərbaycanı və SOCAR-ı etibardan salmaq üçün dəridən-qabıqdan çıxarkən sosial şəbəkələrdə qurduqları tora özlərinin necə düşdüklərini hiss etmədilər.

Avropa ictimai rəyini Azərbaycana qarşı yönəltməyə xidmət edən çirkli kampaniya ilə – SOCAR-ın terrorçularla əlaqəsindən yazmaqla və bu şirkətlə istənilən əlaqələrin və ya onun xidmətlərindən istifadənin terrorizmə kömək kimi qiymətləndirilməsini bildirməklə, ermənilər olduqca vacib nüansı qaçırdırlar.

Məlum olduğu kimi, SOCAR Gürcüstan ərazisində yerləşən bütün kilsə və monastırlara, eləcə də erməni kilsələrinə sərf edilən təbii qaz xərclərini ödəməyi öz üzərinə götürüb. Azərbaycan yanacağını hədiyyə kimi alan Gürcüstandakı erməni kahinləri onları məhz SOCAR-ın təchiz etməsinə əhəmiyyət vermədilər. Yəni sonda belə çıxır ki, terrorçu məhz onların özüdür: Azərbaycan qazından istifadə edirlər, üstəlik də pulsuz?!

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın