Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Gündəm / Elşən Musayev görüşü yarımçıq qoyub qaçdı, seçicilər fitə basdı – Video

Elşən Musayev görüşü yarımçıq qoyub qaçdı, seçicilər fitə basdı – Video

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev 110 saylı Zaqatala dairə seçki komissiyasından deputatlığa namizəd Elşən Musayev seçicilərlə keçirdiyi görüşdə etirazla qarşılanıb.

Zaqatalalılar çıxış edərək 4 il müddətində heç bir problemi həll etmədiyini və əhali ilə görüşlərə gəlmədiyini bildirərək Elşən Musayevi tənqid ediblər. Seçicilər E.Musayevin onların problemlərinə biganə qaldığını dilə gətiriblər. 

Seçicilərin kəskin etirazı ilə qarşılaşan namizəd görüşü yarımçıq qoyub zalı tərk etməli olub. Bu zaman zaldakılar onu fitə basıblar.

Həmin görüntüləri təqdim edirik:

Həmçinin oxuyun

Bərdəyə kasetli raketlər atılıb, yaralıların sayı 13-ə çatdı – Fotolar

“ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb”. ” Azinforum.az …