Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Gündəm / Elman Rüstəmovun nikahdankənar xanımı katibəsi olub

Elman Rüstəmovun nikahdankənar xanımı katibəsi olub

Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun nikahdankənar oğlu olduğunu deyən 14 yaşlı yeniyetmə Aqilin yaydığı iki ardıcıl müraciət müzakirələrə səbəb olub. Belə ki, onun anasının kimliyi, E.Rüstəmovun nikahdankənar xanımının mövcudluğu araşdırma obyektinə çevrilib.

Axar.az xəbər verir ki, Elman Rüstəmovun nikahdankənar xanımının olması haqda bir neçə il öncə məlumat yayılmışdı.

Bildirilirdi ki, Sevinc Rəsulova adlı xanım Mərkəzi Bankın İdarə Heyətinin sabiq sədri Elman Rüstəmovun katibəsi olub və onların münasibətləri də oradan yaranıb. Bir müddətdən sonra isə Aqil dünyaya gəlib.

İddialara görə, Elman Rüstəmov ikinci xanımını və nikahdankənar övladını Dubaya köçürüb və orada onlara yaşamaları üçün bütün imkanları yaradıb. Sevinc Rəsulovanın adına mülklər, külli miqdarda vəsait, o cümlədən bahalı maşınlar var. Həmçinin S.Rəsulovaya İsveçrədə təmtəraqlı villa da alıb.

Aqil Rəsulovun da zəngin həyat yaşadığı qeyd edilirdi.

Aqilin ilk video-müraciətindən belə aydın olur ki, hazırda Sevinc Rəsulovanın adında olan mülklər və varidatı Elman Rüstəmov geri almaq istəyib. Sevinc Rəsulova buna etiraz etdikdə isə təzyiqlər başlayıb və bütün bu qalmaqalın ictimailəşməsinin də səbəbi budur.

Qeyd edək ki, Aqil Rəsulovun ötən gün Dubaydan Bakıya xüsusi reyslə gətirildiyi bildirilir.

Həmçinin oxuyun

Daha bir rayonda yoxlamalar başladı – İcra başçısı işə çıxmır

Qaradağ Rayon İcra Hakimiyyətində və onun strukturlarında yoxlamalar aparılır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, aparılan yoxlamalar …