Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Elman Rüstəmov şahmat məktəbini ləğv edib, yerinə öz bankının filialını yerləşdirdi

Elman Rüstəmov şahmat məktəbini ləğv edib, yerinə öz bankının filialını yerləşdirdi

Bakının məşhur şahmat məktəbi bağlanıb. Yasamal ATS-nin yanında hələ sovet dövründən çalışan Şahmat Məktəbi daha fəaliyyət göstərməyəcək. Səbəbsə odur ki, Yasamal Şahmat və dama Mərkəzinin yerləşdiyi tikilidə hazırda “Bank Respublika”nın yeni şöbəsi açılıb.
Ölkəmizdə şahmat olimpiadasının keçiriləcəyi bir ildə şahmat məktəbinin bağlanmasının arxasına Şahmat Federasiyasının prezidenti Elman Rüstəmovun şəxsi maraqlarını görməmək mümkün deyil. Çünki Bank Respublikanın faktii sahibi də elə Elman Rüstəmov özüdür. Mərkəzi Banka rəhbəri kimi ölkənin bank və maliyyə sektorunu diz üstə qoyan Elman Rüstəmov ölkənin iqtisadi böhranla üzləşdiyi bir vaxtda belə biznesi üçün vəzifəsindən sui-istidə etməkdə davam edir.
Qeyd etmək yerinə düşər ki, ötən il Mərkəzi Bank tərəfindən verilən 2 kəskin devalvasiya qərarı bir çox kommersiya banklarını böyük məbləğdə ziyana salsa da, “Bank Respublika” proseslərdən uduşla çıxdı. Çünki Elman Rüstəmov bankını gözlənilən təhülkələrdən necə sığortalamağı da unutmamışdı…
Bank Respublikanın son illər fəaliyyəti ilə bağlı araşdırmalar aparırıq. Əldə etdiyimiz ilkin məlumatlar belə ölkənin maliyyə sektorunda baş verən krizisin səbəblərinə tam aydınlıq gətirir. Ortada dövlətə, hakimiyyətə və xalqa edilən xəyanət var. (AzToday.az)
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın