Şənbə , May 21 2022
Ana səhifə / Gündəm / Elman Rüstəmov İdarə Heyətinin üzvlüyündən azad edildi – Yenilənib

Elman Rüstəmov İdarə Heyətinin üzvlüyündən azad edildi – Yenilənib

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək.

“ Azinforum.az ” xəbər verir ki, iclasda Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidentinin təqdimatları müzakirə ediləcək.

Ötən gün Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında hər iki təqdimata müsbət rəy verilib və plenar iclasında müzakirə üçün tövsiyə edilib.

Qeyd edək ki, E.Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü və sədridir. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də MB sədrliyindən azad olunacaq. Rüstəmov 1995-ci ildən Milli Bankın İdarə Heyətinin sədri vəzifəsini icra edir.

İdarə Heyətində Elman Rüstəmovu əvəz edəcək Taleh Kazımovun isə 38 yaşı var. O, maliyyə sektorunda peşəkar fəaliyyətə 2004-cü ildən başlayıb və bank rəhbəridir.

***

Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib. Qərar səsə qoyularaq qəbul edilib.

Həmçinin oxuyun

Adil Vəliyevin Ramana qəsəbəsi üzrə nümayədəsi Arif Osmanovun qanunsuz tikinti biznesi…

Sabunçu rayonu ilə bağlı konkret mövzuya keçməzdən öncə onu qeyd edək ki, Bakı şəhərində  qanunsuz …