Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Eldar Mahmudovun daha bir biznesi bağlanır – İDDİA

Eldar Mahmudovun daha bir biznesi bağlanır – İDDİA

Xeyli vaxtdır Bakının Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində, Hüseynbala Əliyev küçəsində yerləşən “Yetər” lombardın müştərisi Rauf Məmmədov “Moderator.az” a bu müəssisə ilə müştərilər arasında baş verən problemlərdən yazır. Lombardın qanunsuz xidmətindən, burda olan girovların batmasından və ya dəyişdirilməsindən iddialar səsləndirən Rauf Məmmdov həm də digər müvafiq dövlət qurumlarına da şikayətlər etdiyini bildirir. Əvvəllər şikayətinə reaksiya verilmədiyini, onların sanki dərin bir quyuya atıldığını deyən Rauf Məmmədov, bu dəfə son məktubuna cavab aldığını dilə gətirib. Ona məlum olan budur ki, tezliklə Eldar Mahmudova məxsus “Yetər” lombardı bağlanacaq. Odur ki, o digər müştəriləri ayıq olmağa, girovlarının etibarlılığı haqqında ciddi düşünməyi tövsiyyə edir. Artıq bu günlərdə belə bir hadisə baş verib və bir neçə lombard sahibi girov qoyulan daş-qaşları götürərək ölkəni tərk edib. Əslində Rauf Məmmədov çox sadə bir məsələdən şikayətlənir. Deyir ki, ölkədə fəaliyyət göstərən lombardların fəaliyyəti qanunla tənzimlənmir, bu lombardlara lisenziya verilmir və ora qoyulan girovlar haqqında mütəxəssis rəyləri alınmır. Heç girovun harada saxlanmağı da müştəriyə məlum olmur. Lombarda girov qoyulan zaman onun qiymətləndirilməməsi də qanunsuzluqdur və ya qiymətləndirmənin lombard sahibi tərəfindən aparılması birbaşa soyğunçuluqdur.
Rauf Məmmədov onu da bildirir ki, Eldar Mahmudovun həbsi son günlər daha sürətli formada gündəmə gəldiyindən Sevinc Abbasova əməllicə çaşqınlıq içərisindədir və hər an ölkəni tərk edəcəyi gözlənilir. Amma çox təəssüf indi etiyac içində olan adamlar məsələnin sonrakı fəsadlarını nəzərə almadan bu bataqlığa yuvarlanır, lombardın yüksək faizi onları boğanda haray salır və bir ömür yığdığını bir andaca itirirlər. İndi onlar Sevinc Abbasovanın ölkən çıxacağını da nəzərə alsalar itirdiklərinə sahib çıxa bilərlər. Bütün bunları bir daha nəzərə çatdıran Rauf Məmmədov insanları ayıq olmağa və təcili “Yetər” lombarddakı girovlarını tələb etməyə səsləyir.
Bildirək ki, biz də hər yazıda “ Yetər” lombardın sahibi Sevinc Abbasovanın mövqeyini yayımlamağa hazır olduğumuzu bildiriririk. Amma Sevinc Abasova bu günə kimi münasibət ortaya qoymayıb. Onun susqunluğu da iddiaların düz olmasına şübhələri artırır və lombardın fəaliyyətində təklükə yarandığını isbatlayır.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın