Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Eldar Mahmudov və generalları kommunal xərclərdən azad imiş -Villaların ağlasığmaz borcları

Eldar Mahmudov və generalları kommunal xərclərdən azad imiş -Villaların ağlasığmaz borcları

Azərbaycanın milli təhlükəsizlik nazirliyinin rəhbərliyindəki statuslarından istifadə edərək, müxtəlif  cinayətlərə imza atan Eldar Mahmudov və onun dəstə üzvləri həm də dövlətin kommunal borclarını da ödəməkdən imtina edirmiş. 10 manata görə, sadə vətəndaşın işığını, qazını, suyunu kəsən kommunal xidmət orqanları Eldar Mahmudov və onun tabeçiliyindəki generalların villalarına sayğac belə qoymaqdan çəkinirmiş.
Araşdırma zamanı  sabiq MTN şefi Eldar Mahmudova, nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor  Sübahir Qurbanova və Maddi Təminat İdarəsinini rəisi general-mayor Nizaməddin Hamidova məxsus bağ evlərində uzun illər kommunal xidmətlərin pulsuz  olduğu üzə çıxıb.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Eldar Mahmudov və onun iki generalı “Azəriqaz”,  o zamankı “Barmek”,  və “Azərsu”nun onlara məxsus bir neçə mərtəbəli villalara sayğac quraşdırmasına imkan verməyib. Bu barədə həmin təşkilatların birinci şəxsləri məlumatlı olsallar da ay ərzində bir neçə min manatlıq sərfiyyatı MTN rəhbərliyinə güzəştə gedirmiş. Bu isə MTN-nin sabiq rəhbərliyinin kommunal xidmət təşkilatlarına külli miqdarda borclu olması deməkdir.
Ortada bir sual qalır: Həmin qurumlar heç olmasa indi Eldar Mahmudov və dəstəsindən dövlətin borcunu ala bilərmi?(Gununsesi.info)

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın