Bazar , Yanvar 24 2021
Ana səhifə / Gündəm / Eldar Mahmudov Hacıbala Abutalıbovun da pullarını yağmalayıb

Eldar Mahmudov Hacıbala Abutalıbovun da pullarını yağmalayıb

Həbsdə olmalı sabiq nazir azadlıqda 60 yaşını qeyd edir…

 
Noyabrın 28-də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun 60 yaşı tamam olub. Sabiq nazirin hansı ayda və hansı gündə doğulduğu vəzifədə olduğu illər ərzində geniş ictimiyyətdən gizli saxlanılıb. 2015-ci il oktyabrın 17-də prezidentin sərəncamı ilə tutduğu vəzifədən çıxarılan E.Mahmudov artıq 2-ci ad günüdür ki, təmtəraqdan, çoxsaylı bahalı hədiyyələr almadan keçirir. 
 
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sabiq nazir 1956-cı il noyabrın 28-də Bakı şəhərində anadan olub. Hazırda onun ölkə daxilində olduğu, lakin barəsində hüquqi olaraq hər hansı tədbir görülmədiyi, yəni ev dustaqlığı, polisin nəzarətinə verilmə və s. kimi qərar verilmədiyi bildirilir. Faktiki olaraq da, E.Mahmudov ev dustağı deyil, yaxın qohumları ilə əlaqə saxlayır.
E.Mahmudovun 2-ci ad gününü azadlıqda keçirməsi onun həbs edilməyəcəyi haqda xəbərləri intensivləşdirib. Sabiq nazirin yaxın ətrafındakı generalların həbs olunmasına baxmayaraq, özünün azadlıqda sərbəst gəzməsi yayılan məlumatları bir qədər də inandırıcı edir. Bugünlərdə gununsesi.info saytı sabiq nazirin ifadə üçün istintaqa dəvət edən müstəntiqi aşağılaması haqda xəbər yaymışdı. Maraqlıdır ki, bu xəbər sonradan təkzib edilmədi. Sayt yazırdı ki, E.Mahmudov müstəntiqlə çox arxayın danışıb, ona “sən kimsən ki, məni istintaqa çağırırsan? Sənin rəhbərin bunu edə bilməz” deyib. Ortada yazılanların doğruluğunu şübhə altına alan hər hansı bir məlumat olmadığından E.Mahmudovun həbs edilməyəcəyinə yəqinlik də artmış olur.
Xatırladaq ki, E.Mahmudov vəzifəsindən qovulandan sonra MTN (artıq ləğv edilib) rəhbərliyinin adının qarışdığı kifayət qədər cinayət faktları üzə çıxıb. Ən müxtəlif təbəqələrdən olan vətəndaşlara qarşı törədilən cinayətlərdə Eldar Mahmudovun adı keçir. Onun nazirliyi dövründə komandasına daxil olan idarə və mərkəzlərin rəisləri həbsə alınıb. Məhkəmə proseslərində üzə çıxan faktlar E.Mahmudovun bu proseslərə birbaşa rəhbərlik etdiyini ortaya qoyur. MTN əməkdaşları tərəfindən törədilən cinayətlərin bir çoxunun E.Mahmudovun razılığı ilə törədildiyini söyləməyə əsas verən məlumatlar da az deyil.
Məsələn, bugünlərdə tanınmış vəkil Aslan İsmayılov Bakı meri Hacıbala Abutalıbovun da Eldar Mahmudovun dəstəsinin qanunsuz əməlləri ilə üz-üzə qaldığını açıqlayıb.
 “Eldar Mahmudov, Akif Çovdarov işi” daha ciddi və dərin araşdırılsa, Hacıbala Abutalıbov bu işlərdə zərərçəkən şəxs kimi keçə bilər” – Aslan İsmayılov modern.az-a belə deyib. Hüquqşünas hazırda cinayət işlərində adı hallanan keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov vaxtilə quda da olublar: “Düzdür, Əli Abbasovla Hacıbala Abutalıbov arasında qudalıq çoxdan pozulub və artıq onların heç bir yaxınlıq münasibətləri yoxdur. Amma bir vaxtlar belə xəbər yayılmışdı ki, Hacıbala Abutalıbovun da iş yerinə maskalılar hücum çəkib və merin özünü də maşına basıb aparıblar.
Buna görə də ”MTN işi”nin içindən Hacıbala çıxsa, ancaq zərərçəkmiş şəxs kimi çıxacaq”.
A.İsmayılov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova yönəlik ittihamlar da səsləndirib:“Bu gün Hacıbala Abutalıbovun işlərini araşdırsalar, onun da cinayətləri üzə çıxar. Azərbaycanda cinayət törətməyən məmur azdır. Eldar Mahmudovun MTN hadisələri bunu bir daha sübut etdi”. Hüquqşünas onu da bildirib ki, Əli Abbasov hələ bugünkü əksər nazirlərdən nisbətən ən fağırı olub: “Əli Abbasovun adı bu gün Eldar Mahmudov və Akif Çovdarovla çəkilir, ”MTN işi”ndə hallanır. Amma bir şeyi də insaf naminə demək lazımdır ki, Əli Abbasov indiki nazirlər arasında ən fağırlarından idi. İndi bəzi digər məmurları siz təsəvvür edin ki, nələr törədirlər?! Yeyintilər, “katyollar”, “şapkalar” bütün nazirliklərdə, digər orqanlarda var”.
Onu da qeyd edək ki, keçmiş MTN şefinin “çete”sinin Hacıbala Abutalıbovu şantaj etdiyi, başına torba keçirib MTN-ə apardığı haqda məlumatlar illər öncədən vardı. 2013-cü ildə yayılan xəbərlərdə deyilirdi ki, Bakı meri ilə yanaşı, onun kabinetindən içi pulla dolu seyfi də aparılıb.  Belə ki, bir neçə il əvvəl paytaxt rəhbərinin oğlu İsrafil Abutalıbovun radikal dini qrupun – vəhhabilərin təsiri altına düşdüyü bilinib. Bundan sonra oğul Abutalıbovun radikallığı E.Mahmudovun dəstəsinin əlində  H.Abutalıbova qarşı şantaj kartına çevrilib. O dövrdə yayılan xəbərlərdə deyilirdi ki, bu kartdan istifadə edən Eldar Mahmudov özünə və hazırda həbsdə olan qudası –  Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevə məxsus şirkətlərin Bakının müxtəlif yerlərində dəbdəbəli binalar ucaltmaq üçün torpaq sahələrinin ayrılmasına nail olub.
Xatırladaq ki, Baş Prokurorluğun “MTN işi” ilə bağlı yaydığı son məlumata görə, iş üzrə ümumilikdə 22 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib. Onlardan 20 nəfəri həbsə alınıb. 1 nəfər barəsində başqa yerə getməmək haqda iltizam qətimkan tədbiri seçilib. İstintaqdan yayınan 1 şəxs barəsində həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
İş üzrə 130 epizod araşdırılır. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Həmçinin oxuyun

Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik – necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm – bu, …

Bir cavab yazın