Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Eldəniz Həsənov «boru əməliyyatı»nda Qorxmaz Hüseynovun adını hallandırır

Eldəniz Həsənov «boru əməliyyatı»nda Qorxmaz Hüseynovun adını hallandırır

Kür Su Kəmərləri İdarəsinin rəisi və qardaşı Xaliq Həsənovun «Dəli Aslan»la nə əlaqəsi var? Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, Hacıqabul rayonu Talış kəndində yerləşən, paytaxtı içməli su ilə təmin edən «Azərsu» ASC-nin nəzdindəki Kür Su Kəmərləri İdarəsinin fəaliyyətində ciddi neqativ hallar, çoxsayla nöqsanlar müşahidə olunur. Belə ki, adıçəkilən müəssisənin rəisi Eldəniz Həsənovun «ölü canlar» təcrübəsindən geniş istifadə etdiyini vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, Kür Su Kəmərləri İdarəsinin ştat cədvəlində onlarla özü olmayan «işçilər»in adlarını saxlanılır və hər ay onlara yazılan əməkhaqqı da mənimsənilir. Beləliklə, adları Kür Su Kəmərləri İdarəsində işdə gedən «işçilər»in çoxunun idarənin qapısını belə, tanımadığını bildirən mənbənin sözlərinə görə, Eldəniz Həsənovun rəisi olduğu müəssisədə dövlət vəsaitlərinin «nağdlaşma» üsulu ilə mənimsənilməsinə geniş yer verilir:

«Deyilənlərə görə, Kür Su Kəmərləri İdarəsi əvvəlcə müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən Eldəniz Həsənovun özünə qaytarılır. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, Kür Su Kəmərləri İdarəsinin rəisi Eldəniz Həsənovun qardaşı Xaliq Həsənov bir müddət öncəyə qədər Hacıqabul rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində çalışıb. İndi isə Hacıqabul rayon «Poçtştamp»ın rəisidir. Deyilənlərə görə, o, bir sıra mühüm məsələlərdə Eldəniz Həsənova yaxından köməklik göstərir, qardaşını ciddi cəhdlə müdafiə edir». Bu arada, Kür Su Kəmərləri İdarəsinin rəisinin digər qardaşı Rasim Həsənovun isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktoru vəzifəsində çalışdığını qeyd edən məlumatlı şəxs iddia edir ki, o da Eldəniz Həsənovun bir sıra əməllərini yoluna qoymaqda ona yaxından köməklik göstərir: «Eldəniz Həsənovun özünə gəlincə, onun adı bu günə kimi əsasən qalmaqallı olaylarda hallanıb. Lakin hər dəfəsində də qardaşlarının köməkliyi ilə üzləşdiyi çətinlikləri dəf etməyi bacarıb. Halbuki deyilənlərə görə, son zamanlar Kür Su Kəmərləri İdarəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına yol verilir. Bildirilir ki, Kür Su Kəmərləri İdarəsinin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda dövlət vəsaiti göyə sovrulub. Həmin texnikanın yenilərilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Onu da qeyd edim ki, Eldəniz Həsənov nəzarətində olan ərazi üzrə yerin üstündəki su borularını kəsdirib satıb.

Deyilənlərə görə, Eldəniz Həsənovun tabeliyində çalışan müəssisənin əməkdaşları su borularının yerləşdiyi ərazilərə gedir, dəmirləri yerdən çıxarıb, sonra da maşınlara yükləyərək lazım olan ünvana göndərirlər. Nəzərinizə çatdırım ki, bu məsələdə Kür Su Kəmərləri İdarəsinin rəisinin əsas himayədarı məhz Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini «Hacı Sahib» ləqəbilə tanınan Sahib Həbib oğlu Aslanovdur. Deyilənlərə görə, Kür Su Kəmərləri İdarəsinin rəisi Eldəniz Həsənov «Hacı Sahib»lə birgə artıq yerin altındakı su turbalarını çıxarıb satmağa başlayıb. Məsələnin maraqlı tərəfi isə ondadır ki, həmin su boruları çıxaraldığı yerdəcə «metallom»a satılır. Artıq yerli sakinlərin bağ sahələrindəki, bostanlarındakı su turbaları da çıxarılaraq satılır. Eldəniz Həsənov bu məsələdə «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynovun adından istifadə edir və deyir ki, «Azərsu» ASC-nin sədrinin bu məsələdən məlumatı var». Əldə etdiyimiz informasiyalarda həmçinin, o da bildirilir ki, Kür Su Kəmərləri İdarəsinin rəisi Eldəniz Həsənovu və onun qardaşı Xaliq Həsənovu Şirvan şəhər sakini «Dəli Aslan» ləqəbilə tanın şəxslə sıcaq tellər bağlayır: «Deyilənlərə görə, Xaliq Həsənov «Dəli Aslan»ın nəvəsi Xuraman xanıma xüsusi diqqət və qayğı ilə yanaşır, onun bir sıra problemlərini yoluna qoymaqdan ötrü əlindən gələni edir. Bu isə öz növbəsində, Hacıqabul rayon «Poçtştamp»ın rəisinin işinə yetərincə vaxt ayırmamasına səbəb olur. Hələ bu, harasıdır. Bildiriliro ki, Xaliq Həsənov qarşı tərəfin xahişini nəzərə alaraq Xuraman xanıma dükan da tikdirib. Kür Su Kəmərləri İdarəsinin rəisi Eldəniz Həsənova gəlincə, deyilənlərə görə, oqadın gözəllik salonunda çalışan Nisə xanıma xüsusi qayğı ilə yanaşır, onu narahat edən məsələləri qısa zaman kəsiyinjə yoluna qoymağa çalışır». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın