Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / “Elçin Behbudov hər ay MTN-dən pul mükafatı alırmış…” – Kod adı BET…

“Elçin Behbudov hər ay MTN-dən pul mükafatı alırmış…” – Kod adı BET…

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elçin Behbudovun hər ay MTN-dən pul mükafatı aldığı açıqlanıb.

” Azinforum.az ” “Report”a istiandən xəbər verir ki, MTN-də mühasibatlıqdan 1-ci idarənin rəis müavini Azər Məcidov ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, əlaqəsində olan etibarlı şəxslər kod adı – BET-ə, TT-yə, Antiterror mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin əlaqəsində olan İƏ-yə raportlarda qeyd edilən məbləğlərdə vəsait ödənilib.

İttiham aktına əsasən, etibarlı şəxs BET – Behbudov Elçin Tofıq oğlu ilə 26 oktyabr 2013-cü ildə Azər Məcidov tərəfındən etibarlı münasibətlər yaradılıb. E.Behbudova 25 noyabr 2013-cü il tarixli 6/1/6543 saylı raport ilə hər ay 2 min manat mükafatı təyin olunub. 31 may 2014-cü ildə isə onun Strasburqa səfər xərclərinə 2 500 manat ödənilib. BET-in təqdim etdiyi məlumatlar ümumi xarakterli olub.

Bundan başqa, BET 2015-ci ildən FOEZ kimi Hərbi Əks Kəşfıyyat Baş İdarəsində hərbi xidmətdə olub.
E.Behbudov 2015-ci ilin noyabrın 14-də vəfat edib.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın